KinoMəşhurlar

Qeyri-standart görünüşü ilə qadınların qəlbini fəth edən 10 aktyor

1.02Kviews

Tanınmış simalar hər zaman yaraşıqlı və gözəl insanlardır. Kinoda uğur qazanmış aktyorlar uca boy, səliqəli üz cizgilərinə malik, gözəllik standartlarına tam uyğun insanlardır.

Siz də belə düşünürsünüz?

 

Kino aləminin ən bacarıqlı aktyorları sırasında qeyri-standart simaya malik olanlar da var. Özünə məxsus, yadda qalan sima onları milyonlarla kino sevərin favoritinə çevirir, qadınlar bu xarizmatik kişilərə ilk baxışdan aşiq olurlar.

Bacarıqlı, cəlb edici, standart yaraşıqlıqdan kənar aktyorlarla tanış olun.

 

Benedict Cumberbatch

ac1

İzləyicilər tərəfindən ən yaxşı müasir Şerlok adlandırılan, yeni “Doctor Strange” filminin qəhrəmanı, bir çox film mükafatları laureatı, britaniyalı aktyor Benedict Cumberbatch yumor hissi, kəskin zəkası və bacarığı ilə kino sevərlərin qəlbini fəth edir.

 

Eddie Redmayne

ac2

Britaniyalı aktyorun zahiri görünüşü kinodan çox podiumlara yaraşır. Moda evlərinin rəhbərləri məhz adrogin zahirə malik modellərə üstünlük verirlər. Lakin kürən saçlı Eddi Redmayne bacarıqlı aktyor olduğunu görə Oskar, Qızıl qlobus, BAFTA mükafatlarına layiq görülüb.

 

Vincent Cassel

ac3

Fransız aktyorun mənfi xarizmaya malik olduğunu söyləyirlər. Elə buna görə də, prodüserlərə ona daima mənfi obrazları oynamağı təklif edir. Lakin Cassel məhz təhlükəli, “hiyləgər” zahirinə görə qadınların ürəyini fəth etməy bacarır.

 

Adrien Brody

ac4

Brody-nin uzun ayaqları, böyük burunu, iri yaşıl gözləri var. Bundan əlavə aktyorun əvəz olunmaz bacarığı, milyonlarla pərəstişkarı və onlarla kino mükafatı var. Xarizmatik aktyor zahiri görünüşü ilə bağlı heç bir çətinlik hiss etmir, hər il yeni film təklifləri alır.

 

Adriano Celentano

ac5

Aktyorun ən məşhur filmi “İnadçını ram etmək”dən əlavə “Binqo-Bonqo”dur. Həmin filmdə Celentano meymun-insan rolunu oynayır. Aktyorun bu obrazda heç bir dialoqu yoxdur, anlaşılmaz səslər çixarır, nərildəyir. Hətta bu obraz belə qadınların qəlbini fəth etmək üçün yetərli olmuşdu.

 

Willem Dafoe

ac6

Dafoe etiraf edir ki, o, qeyri-adi taleyi olan insanları canlandırmağı sevir. Zahiri görünüşü də bu cür obrazlar üçün çox əlverişlidir. Amerikalı aktyor manyakları, marginalları böyük həvəslə canlandırır.

 

Steve Buscemi

ac7

Buscemi-nin zahiri, üzülmüş, kədərli birini xatırladır. Lakin filmlərdə o, killer, quldur, kriminal personajlarını canlandırır. Böyük aktyorluq istedadına baxmayaraq, Buscemi daha çox epizodik və ikinci plan rollarını oynayır. Bu obrazları belə böyük peşəkarlıqla canlandıran aktyor, izləyicinin yadında qalmağı bacarır.

 

Rowan Atkinson

ac8

“Mr. Bean” serialından tanıdığımız Atkinson, yaratdığı bu obrazla bütün dünyaya tanınıb. Nəzərə alsaq ki, aktyor üz əzələlərini yaxşı idarə edə bilir və yaxşı istedada malikdir, onun məşhurluğu heç bir şübhə yaratmır.

 

Benicio del Toro

ac9

Kriminal trillerdə tez-tez rastlaşdığımız sima, gülümsədiyi, hirsləndiyi zaman belə, gözləri daima qəmli olan Bencio del Toro. Oynadığı hər filmi özünə məxsus təqdim edən aktyorun, adını unutsanız belə, simasını – əsla.

 

John Travolta

ac10

Travolta qeyri-adi görünüşünə görə, bir çox filmdən özü imtina edib. Tarantino-nun vampirlər haqda çəkdiyi filmdən aldığı təklifdən, “bilirsinizmi, mən vampir deyiləm.” – deyərək imtina edib. Həqiqətən də, Travolta özünü və nəyə malik olduğunu yaxşı bilir.