Dünya

ABŞ’da son raund – Clinton, ya Trump ?

407views

ABŞ’da noyabrın 8’i həyata keçiriləcək seçkilərin 2 əsas namizədi, Donalt Trump və Hillary Clinton sonuncu dəfə qarşı-qarşıya gəldilər. Nəticələr yenə də Clinton’u qalib göstərir.

Namizədlər yenidən seçicilərə səsləndilər və onların suallarını cavablandırdılar.

Müzakirə zamanı, Clinton’un qadınlar ilə bağlı “ədəbsiz” və”kobud” ifadələrini işlətdiyi rəqibini tənqid etməsi, Trump’ın isə seçkilərdə qanunsuzluq ola biləcəyi və bu səbəbdən də nəticələri qəbul etməyə biləcəyini söyləməsi diqqət çəkən əsas məqamlardan oldu. Hətda bəzi məqamlarda namizədlər sərt təhqirə belə keçməli oldular.

Clinton, Rusiyanın ABŞ seçkilərində təxribat törətmək üçün planlarının olduğunu və Trumpın, Rusiya prezidenti Vladimir Putinin bir kuklası olduğunu söylədi.

Buna cavab olaraq isə Trump, “Putin səndən və Barack Obama’dan da daha ağıllıdır və bunu dəfələrlə sizə sübut edib. Bunu Suriyada və bir çox digər arenalarda duruşu ilə göstərib” şəklində ifadəsini bildirdi.

Bundan əlavə Trump, Clinton’un prezident olacağı təqdirdə 4 il daha ABŞ’da Obama dövrünün davam edəcəyini və bunun ölkənin daxili və xarici siyasətində bəzi fəlakətlərə gətirib çıxardacağını bildirdi.

İraqın Musul şəhərindəki son əməliyyatlar ilə bağlı danışan Clinton, İŞİD’in şəhərdən çıxarılmasının ardından oranı tərk edəcəklərini söylədi.

“ABŞ ya 2003-cü ildə İraqı işğal etməyəcəkdi ya da işğal etdikdən sonra oradan çıxmayacaqdı” fikrini söyləyən Trump, “Musul şəhəri ABŞ’ın əlində idi ancaq indi İŞİD oradadı. Bu ABŞ’ın oranı tərk etdiyi üçün belə oldu və bundan sonra İran orada daha çox hökm sürməyə başlayacaq” deyə bildirdi.

Bundan sonra verilən, “Seçkilərin nəticələri hər necə olursa olsun qəbu edəcəksinizmi” sualına Trump, “Seçkilərdə bəzi qanunsuzluqlar ola bilər. Bunu qarşıda görəcəyik, əgər hər hansısa bir şübhə olsa qəbul etməyə bilərəm bəli “dedi.

Clinton isə bu cavaba qarşı çıxaraq, “Trump hər yarışda bu yanaşmanı seçir, burada isə belə cavab qorxuncdur. Bu demokratiya sistemimizə qarşı olan bir təhqirdir” deyə ifadəsində bildirdi.

ap_debate_clinton_reaction_jrl_161019_12x5_1600

 

Son müzakirə ilə bağlı tənqidçilər, “İkisi də qazana bilmədi ancaq ikisi də məğlub olmayıb” fikirlərini söylədilər. Buna baxmayaraq Clinton daha əmin görsəndi. Trump’ın isə ilk iki müzakirəyə nisbətən son görüşdə daha güclü olduğu bildirildi.

Ancaq test səs vermə nəticələrində yenə də Clinton öndə oldu. Aradakı fərq isə əvvəlki iki nəticələrə nisbətən daha az görsəndi.