Kino

‘Mələyin öpüşü’ filminin ilk treyleri təqdim olundu

1.57Kviews

Rəqqasə Oksana Rəsulovanın rəhbəri olduğu “Oksi media” şirkəti tərəfindən lentə alınan “Mələyin öpüşü” filminin ilk tanıtım çarxı təqdim olunub.

Ekran işində baş rollarında xalq artisti Fuad Poladov, rəqqasə Oksana Rəsulova və reper Elşad Xose çəkiliblər.

Filmin ssenari müəllifi Əlibəy Məmmədli, Əskər Əli Hacızadə, Süleyman Süleymanzadədir. İdeya müəllifi Nərgiz Qasımova, operatoru Elman Əliyevin olduğu ekran işi sentyabrda təqdim ediləcək.

“Mələyin öpüşü”ndə eyni zamanda Münəvvər Əliyeva, Şamil Süleymanov, İlhamə Qasımova, Şəhriyar Əbilov da rol alıblar.

https://www.youtube.com/watch?v=jJqs06CemZM