Gündəm

Çempionlar Liqası’nda həyəcan başlayır

809views

Çempionlar Liqası’nda bu gün həyəcan başlayır

Avropanın ən böyük futbol klubları, dünyanın ən dəyərli kuboklarından biri üçün mübarizə aparacaqlar. Açılışın ən maraqlı matçlarından birində, Arsenal ilə Paris Saint Germain qarşı-qarşıya gələcəklər.

Fransa 1-ci ligində Monaco’ya uduzan, ardından St.Etienne ilə 1-1 bərabərə qalan PSG, Çempionlar Liqası’nda 3 xalı hədəfləyir. Baş məşqçi Marco Verratti bərabər hüqüqlu və gərgin bir matç olacağını söyləyib.

“Həqiqətən də olduqca maraqlı oyun olmasını gözləyirəm. Düşünürəmki böyük rəqabətə şahid olacağıq. Ümid edirəm düzgün tərz seçib, hücumlarda məhsuldar olan, topa hakimliyi bacaran bu qüvvətli komandaya qarşı yaxşı oyun sərgiləyərik. Çox uğurlu komanda var qarşımızda və müdafiədə də olduqca güclüdürlər”

Arsenal isə bu dəfə ən az 16-lığı keçməyə çalışacaq. Son 13 ildir dörddəbir finala çıxmağı bacarmayan Arsenal, oyuna Koscielny’nin də zədəsinin keçməsi ilə tam əsas komanda ilə çıxacaq.

B Qrupu’nda isə qardaş Türkiyə’nin tək təmsilçisi Beşiktaş, Benfica’ya qarşı ilk sınağına çığacaq. Lissabon’da baş tutacaq matcda Şenol Güneş’in şagirdləri güclü rəqibləri qarşısında qalibiyyət axtaracaq.

C Qrupu’nda isə La Liqa’da son matcda məğlub olan Barcelona, Çempionlar Liqası’ndakı ilk görüşündə mütəq qələbəyə çalışacaq. Messi və komanda yoldaşları Celtic qarşısında 13’cü qalibiyyət üçün Nou Camp’a çıxacaq.

Qrup’un digər matçında isə, dərbidən qələbə ilə qayıdan Manchester City, Almaniya klubu Borussia Moenchengladbach qarşısında bu seriyanı davam etdirməyə çalışacaq.

Gecənin son oyunları isə D Qrupu’nda baş tutacaq. İspaniya’dan Atletico Madrid, PSV Eindhoven ilə qarşılaşacaq. Hollandiya Liqası’nda ikinci sırada olan Philippe Cocu’nun şagirdləri oynadıqları son 5 matçın 4’ündə qalibiyyət alarkən birində isə bərabərə qalıb.

Atletico Madrid isə La Liqa’da 2 bərabərliyin ardından, keçən həftə 4-0 hesabı ilə böyük bir qələbəyə imza atdı. Çempionlar Liqası’nın son finalisti öz liqasında hələki 7’ci sıradadır.