DizaynPsixoloji yanaşma

İş masanız şəxsiyyətiniz haqqında nə deyir?

1.12Kviews

İş masanızda çirkli qəhvə fincanları və kağız yığınları arasında kompüter ekranınızı görməkdə çətinlik çəkirsiniz?

Yoxsa masanızda minimalist bir sadəlik hökm sürür?

Hər bir insanın özünə xas bir masa nizamı var. Və bunların hər biri, insan xarakterinin bəzi xüsusiyyətlərini aşkar göstərə bilir.

Məsələn, bəziləri dağınıq masanın yaradıcılığı inkişaf etdirdiyini irəli sürürsə bəziləri də çox qarışıqlığın diqqət yayındırdığını söyləyir.

Texas Universitetindən psixologiya professoru Sam Gosling’in fikrincə istər ofis istər başqa bir yerdə xarici dünya ilə münasibətlərimizdə davamlı olaraq özümüz haqqında məlumat ötürürük.

Bəs yaxşı sizin iş masanızdakı vəziyyət şəxsiyyətiniz haqqında nə söyləyir?

 iş masanızdakı vəziyyət şəxsiyyətiniz haqqında nə söyləyir?

DAĞINIQ OLANLAR

Bu tərz masalar normalda qarmaqarışıq və rəngarəng olmağından əlavə, bəzək-düzək və fərdi əşyalar ilə dolu olur. Belə bir masaya sahib olan insanların daxilən ətrafa qapalı ancaq yoldaşlığa yaxşı olduqları müşahidə olunur.

Ofisdə masa yerlərini seçərkən daha çox axın olan tərəfdə yerləşməyi sevirlər.

Onların mənfi xüsusiyyətləri isə həmişə aktiv və məşğul olduqları üçün ətraflarını tənzimləməyə vaxt tapa bilməmələridir. Ancaq belə masalarla qarşılaşan qonaqlar daha rahat və səmimi yerdə olduqlarını hiss edirlər.

yaaz.az foto ish masasi

MİNİMALİSTLƏR

Həmişə bir plan üzrə hərəkət etməyi və ‘post-it not’ kağızlarına not yazıb asmağı xoşlayırsınız? O zaman siz minimalist ola bilərsiniz.

Amma minimalistin dağınıqlığı sevməməsi onların qapalı olduqları mənasına gəlməməlidir. Həddən artıq səliqəli masaya sahib olan insanlar da səmimi və dostcasına davranmağı bacarırlar.

Minimalistlərin vicdanlı, intizamlı və təmkinli olduqları ehtimal olunur. Çalışqan, etibarlı və müvəffəqiyyətə meyillidirlər, planlı işi sevirlər.

Ancaq iş masanızda yadda qalan bir iz buraxmamısınızsa bu eyni zamanda mənfi də qarşılana bilər. Belə ki, bu vəziyyət hal hazır ki işinizdə müvəqqəti olduğunuzu və ayrılmaq kimi fikirlərinizin olduğunu söyləməkdədir.

yaaz.az foto ish masasi

ƏTRAFA YAYILANLAR

Bu tərz xüsusiyyətlərə sahib masalar, qəhvə fincanlarıyla, sendviçləri ilə başqalarının masalarına yayılma meyli göstərən insanların xüsusiyyətləridir.

Bu insanlar üçün mərkəz bir nöqtə yoxdur, hər yerə rahat hərəkət edib istədikləri şeyi götürüb və ya əlavə edə bilərlər. Belə insanların yanında əyləşənlər şanslı insanlar sayılmırlar.

Ancaq onların ofis aorasına birazca rəng qatmaları onların müsbət xüsusiyyətidir.

yaaz.az foto ish masasi

YARADICI OLANLAR

Masanızda əgər kitab və jurnal kolleksiyanız, səyahət fotoşəkilləri, xatirə əşyaları varsa o zaman həmin masaya artıq yerləşmisiniz deməkdir. Sadə, zərif və qeyri-adi bir iş masası, yeni təcrübələrə açıq, yaradıcı və intellektual olduğunuzu göstərir.

İş masasını şəxsi əşyaları ilə dolduranlar ümumiyyətlə maraqlı, ətrafa açıq və yaradıcı insanlar hesab olunurlar. Gördükləri işi sevərək görərlər.