Mərasim ötən gün Portuqaliya yığması və “Real Madrid” klubunun hücumçusu Cristiano Ronaldonun doğma şəhərində baş tutub. Ronaldu öz nitqində bildirib ki, öz kökləri, doğma Portuqaliyası və Madeyra ilə qürur duyur. Şəhərdə Ronaldunun bürünc heykəli, eləcə də CR7 brendi altında çalışan otel və muzey var.

Qeyd edək ki Ronaldo, Portuqaliyada heykəlləri tikilən və Londonda Madame Tusseau muzeyində bal mumundan heykəli olan məşhurlar arasındadır.

Futbolda dünyanın ən prestijli mükafatı olan Qızıl topu 4 dəfə qazanan Ronalda,  mili komandalar və klublar səviyyəsində də kifayət əqdər böyük kuboklar qaldırıb.