MaraqlıMəşhurlarŞəbəkəSənət

Cristiano Ronaldonun qalmaqallı büstünün müəllifi tənqidlərə cavab verdi

Cristiano Ronaldonun heykeli 2017
3.62Kviews

Məhşur futbolçu Cristiano Ronaldonun büstü onun fanatları arasında birmənalı qarşılanmayıb.

Büstün müəllifi isə tənqidlərə “mənim işimin qiymətləndirilməsi zövqə bağlıdır”, – deyə cavab verib.

Portuqaliyanın Madeyra adasında quraşdırılan büstün müəllifi Emanuel Santos isə heykəli yaratmağın ehtimal edildiyi qədər asan olmadığını bildirib.

Heykəlin açılış mərasimi məhşur futboluçunun şərəfinə adı dəyişdirilən yerli hava limanın təntənəli açılış mıərasimində olub.

Büstün şəkilləri sosial şəbəkələrdə yayıldıqdan sonra əksəriyyət onu tənqid edib. Tənqidçilər büstün Ronaldoya oxşamadığını və onun eybəcər olduğunu bildiriblər.

Cristiano Ronaldo 2017

“”Həm yunan həm də troyanları məmnun etmək mümkün deyil (Portuqaliya deyimi), hətta İsa onları məmnun edə bilmədi”,- deyə heykəltəraş bildirib.

Guardian qəzetinin yazdığına görə, heykəlatəraş büstü hazırlamaq üçün cəmi 15 gün vaxtı verildiyini deyib. Onun sözlərinə “heykəlin necə alındığını demək isə zövq məsələsidir”.

Globo telekanalına müsahibə verən Santos açılışdan əvvəl büstün şəkillərinin Ronaldoya göstərildiyini və onun bəyəndiyini, sadəcə bir neçə cüzi dəyişikliklər etməsini istədiyini söyləyib.

2016-cı ildə növbəti dəfə FİFA-nın sorğusuna görə “ilin futbolçusu” adını qazanan Ronaldo 4 dəfə “Qızıl top” mükafatına sahib olub.