Dünyaca məşhur futbolçu Ronaldinyo gözlənilmədən Bakıya gəlib.
Belə ki, futbolçunun Instagram səhifəsində Bakıda olduğunu göstərən şəkli paylaşması və “Bakıda ilk gün” deyə yazmsı bütün azarkeşlərini həm sevindirib həm də təəccübləndirib.
İlkin məlumatlara görə Brraziliyalı ulduz ölkəmizə “Qəbələ” klubunun prezidenti Tale Heydərovun dəvəti ilə gəlib və az öncə onların görüşü baş tutub.
Səfərin səbəbi Azərbaycanda açılacaq “Ronaldinyo akademiyası” ilə bağlıdır. Bu akademiyanın gələn il məhz Qəbələdə açılması nəzərdə tutulub. Lakin bununla bağlı müzakirələr aparılacaq.
Eyni zamanda, Ronaldinyonun sabah AFFA prezidenti Rövnəq Abdullayevlə görüşü də nəzərdə tutulub.
Başqa bir məlumata görə isə səfərin səbəbi reklam ilə bağlı da ola bilər.
Sabah axşama qədər paytaxtımızda olacaq braziliyalının bundan sonra birbaşa okeanın o tayına – ABŞ-a yollanacağı bildirilir.
Şənbə günü Atlanta şəhərində “Ronaldinyo və dostları”nın yerli “Atlanta Stars” komandası ilə yoldaşlıq görüşündə meydana çıxacaq.