Siyasət

Vladimir Putin təlimat verdi: Rusiya ilə Ermənistan ortaq ordu qurur

652views

Rusiya Prezidenti Vladimir Putin, Ermənistanla ortaq ordu qurulması üçün işlərə başlanması təlimatını verib.

Rusiya İnterfax agentliyinin verdiyi məlumata görə, Putin məsələ ilə bağlı qərarnaməni qəbul edərək işlərə başlanılmasını istəyib. Qurulacaq ordu Rusiya və Ermənistanın quru sərhədlərini qoruyacaq.

Ordu, Ermənistan tərəfindən təyin edilən ancaq Rusiyanın təstiqləyəcəyi bir rəhbər tərəfindən idarə olunacaq.

Qurulacaq yeni ordu sülh şəraitində Ermənistan Baş Qərargahına bağlı olaraq çalışacaq, müharibə şəraitində isə bütün əmrlər Rusiya tərəfinə keçəcək.

Digər maraqlı bir məqam isə,  Moldova və Bolqarıstandakı Prezident seçkilərində Rusiyaya yaxınığı ilə tanınan liderlərin qalib gəlməsidir.

Bolqarıstandakı Prezident seçkilərini qazanan Rumen Radev, Bolqarıstanın Avropayla deyil Rusiya ilə yaxın olmağının vacibliyindən danışıb.

Moldova Respublikasının Prezident seçkilərində isə qalib, İqor Dodon olub. Moskva ilə köhnə əlaqələri quracağının sözünü verən Dodon’un, qalibiyyət çıxışında Rusca danışması diqqət çəkib.

Bütün bu inkişaf edən hadisələr, Rusiyanın Şərqi Avropada və Orta Şərqi Asiyada gücünü artırdığı şəklində şərh olunur.

Xatırladaq ki, Rusiya 2014-cü ildə Krımı işğal etmişdi. Suriyada isə Əsəd hakimiyyətini dətəkləyən Rusiyanın Hmeymim’də hava və dəniz qüvvələrinə aid iki böyük hərbi bazası yerləşməkdədir.