Rio 2016

RİO 2016: Yekun

799views

16 gün davam edən daha bir möhtəşəm olimpiada sona çatdı.Hər dəqiqəsi,hər saniyəsi belə maraqla izlənən RİO 2016 olimpidası çoxlu sürprizlər ilə, gözəl xatirələr ilə, sevincli və kədərli anlarla zəngin idi. Ölkəmizin bu dəfə şəxsi medal rekordunu təzələməsi xoş hallardan biridir. 56 idmançı ilə RİOya yollanan ölkəmiz 18 medal qazanaraq medal sayına görə 206 ölkə arasında 15ci yeri tutdu. Medal sıralamasına isə ABŞ başçılıq edir. Qızıl medal sayına görə ABŞ 1-ci, Böyük Britaniya 2ci, Çin Xalq Respublikası isə 3cü yerdə qərarlaşır.Medal sayına görə isə Böyük Britaniya ilə Çin yerlərini dəyişir. Azərbaycana medal gətirən idmançılarımızı bir daha xatırlayaq:

Radik İsayev (Taekvando)-qızıl

Lorenzo Sotomayor (Boks)-gümüş

Valentin Demyanenko (Avarçəkmə)-gümüş

Elmar Qasımov, Rüstəm Orucov (Cüdo)-gümüş

Toğrul Əsgərov, Xetaq Qozyumov, Mariya Stadnik (Sərbəst güləş)-gümüş

Kamran Şahsuvarlı (Boks)-bürünc

İnna Osipenko-Rodomska (Avarçəkmə)-bürünc

Milad Harchegani, Patimat Abakarova (Taekvando)-bürünc

Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, Nataliya Sinişin(Sərbəst güləş)-bürünc

Rəsul Çunayev, Sabah Şəriəti (Yunan-Roma güləşi)-bürünc

  Medal qazanan bütün idmançılarımızı təbrik edirik !

Elnur Cəfərov
idman xəbərləri yazarı