Kosmos

234 ulduzdan “normal olmayan” siqnallar qəbul edilib – Yadplanetlilər ola bilərmi?

835views

234 ulduzdan “normal olmayan” siqnallar qəbul edilib – Yadplanetlilər ola bilərmi?

 “Stephen Hawking’in yadplanetliləri tapmaq üçün başlatdığı proyekt daxilində 2.5 milyon ulduzu izləyən elm adamları, 234 ulduzdan “normal olmayan” siqnallar aldıqlarını söyləyiblər.
Hawkingin, Rus milyarder Yuri MilnerFacebookun qurucularından Mark Zuckerbergin ortaq şəkildə icra etdiyi “Breakthrough Listen” adlı layihəsində, dünyadan çox uzaqdakı 2.5 milyon ulduzdan 234’ündən normal olmayan siqnallar gəldiyi və bu siqnalları yadplanetlilərin verə biləcəyi ifadə edilir.

Layihə daxilində Kanadadakı Laval Universiteti elm adamları Ermanno Borra və Eric Trottier, siqnalların bir ulduz topası ətrafındakı yüngül titrəməyə bənzədiyini söyləyib. Borra və Trorrier, Yeni Meksikada olan Sloan Digital Sky Survey adlı vasitə ilə təsbit etdikləri bu titrəşmələrin siqnal olması halında, yadplanetlilər tərəfindən çıxarılmış ola biləcəyini iddia edirlər. Mütəxəssislər ulduzlardan gələn siqnalların kosmosun dərinliklərindən gələn lazerlərlə eyni xüsusiyyətlərə sahib olduğunu deyirlər. Borra və Trottier, Cornell Universitetinə aid məlumatların arxivində daha əvvəl yadplanetlilərə aid olduqları nəzərdə tutulan siqnalların hamısına bənzəyən siqnallar kəşf etdiklərini ifadə ediblər.

“Breakthrough Listen” layihəsində anormal əlamətlər göstərən hər ulduz və kosmosda başqa varlıqların olub olmadığı araşdırılır.