Şimali Koreyadakı Pyongyang zooparkındakı vəziyyət, heyvanların müdafiə təşkilatı PETA’nı narahat edir.
Heyvanların müdafiə təşkilatı PETA’nın prezidenti Ingirt Newkirk, Time jurnalına verdiyi müsahibədə, Şimali Koreya’dakı Pyongyang zooparkının ulduzu, siqaret çəkən şimpanze Azalea’nın siqaret aludəçisinə çevrilməsini böyük mərhəmətsizlik olduğunu bildirib.
Ingirt Newkirk, “Bir şimpanzeni insanların əyləncəsi üçün bilərəkdən tütünə asılı vəziyyətə gətirmək vəhşilikdir. Artıq zooparklar anlamalıdırlar ki, fillərə insanları mindirmək, meymunlar ilə çay yığıncağı keçirtmək və bala pələnglər ilə şəkil çəkdirmək heyvanların istismarı deməkdir. Fikrimcə belə bir sual da yaranmalıdır ki, heyvanları qəfəsdə saxlamağımız doğrudurmu?” deyə bildirib.
PETA’nın məlumatına görə, Pyongyan zooparkında istismar edilən bir çox növ heyvanlar var.
Minlərlə ziyarətçini özünə çəkən zooparkda, basketbol fəndləri edən bir meymun, hesab taxtasında toplama-çıxma edə bilən itlər, konkisürənin ətrafında xüsusi uşuşlar edən göyərçinlər var.
Zooparkın ən məşhur ulduzu Azalea isə gündə bir qutu siqaret çəkir. Təlimçisi tərəfindən siqaret çəkməyi öyrənən Azalea alışqan tapa bilməyəndə, ziyarətçilərin atdığı yanan sıqaretlər ilə öz siqaretini yandıra bilir.
Bəzi məlumatlara görə isə Azalea hətda siqaretin dumanını belə içinə çəkir.