Təbiət

İnsanlıq təhlükədə, 7 arı növünün nəsli tükənir

292views

İnsanlıq təhlükədə, 7 arı növünün nəsli tükənir.

7 arı növünün nəslinin tükənməkdə olduğu açıqlanıb. Bir çox elm insanına görə arı nəslinin təhlükədə olması, insanlığın da təhlükədə olması mənasını verir.
Təbiətdəki tarazlıq üçün çox əhəmiyyətli olan arılar haqqında həyəcan verici bir dəyişiklik yaşanıb. ABŞ Balıq və Vəhşi Həyat Servisi, “Hawaii Sarı Üzlü” arılarının 7 növünü nəsli tükənməkdə olan canlılar siyahısına əlavə edib. Bununla da arılar ilk dəfə nəsli tükənməkdə olan canlılar siyahısına alınmış oldu.

ABŞlı səlahiyyətlilər, vəhşi həyatı qorumaq üçün çalışan Xerces Soceity adlı dərnək və Hawaii’li səlahiyyətlilər ilə reallaşdırdıqları işdə siyahıya alınan arı növlərini açıqlayıblar: Hylaeus anthracinus, Hylaeus longiceps, Hylaeus assimulans, Hylaeus facilisi, Hylaeus hilaris, Hylaeus kuakea və Hylaeus mana.

Servis 1996-cı ildə 33 arı növünü “Narahatlıq doğuran növlər” olaraq bildirmişdi. Haqqında bəhs etdiyimiz 7 arının havaya xas endemik növlər olduğu ifadə edilir. 7 arı növünün federal rəhbərliyin dəstəyi ilə növlərin yaşam davamı üçün reallaşdırılan proqramlarla qorunacağı açıqlanıb.

‘İnsanlığın 4 ili qalar’
Alman fizik Albert Eynşteynin arıların insan nəslinin davamı üçün əhəmiyyətli olduğunu illər əvvəl söylədiyi irəli sürülmüşdü. “Əgər arılar yer üzündən itsə insanın yalnız 4 il ömrü qalar. Arı olmasa mayalanma, bitki, heyvan, insan olmaz” sözü, tam olaraq təsdiqlənməsə də Eynşteynin söylədiyi fərz edilir. Ədəbiyyat sahəsində mükafat qazanmış yazıçı Maurice Bee də 1901-də yazdığı “Arının Həyatı” adlı kitabda, “Əgər arılar yer üzündən itsə, insanlığın 4 ili qalar” demişdi.