DigərMaraqlı

Panqolinlərə sahib çıxdılar

301views

Dünyada səkkiz növ panqolin mövcuddur. Hər bir növü unikal olan bu heyvanların yarısı Cənub-Şərqi Asiyada qalanı isə Cənubi Afrikada dolaşır. Panqolinlər öz bədənlərindən də uzun quyruğa sahibdirlər. Bu heyvanlar ən sevdikləri qidası olan qarışqaları çox uzun və yapışqan dilləri ilə axtarıb əldə edirlər.

Son on ildə bir milyondan çox sayda məhv olan panqolinlərin pulları Çin təbabətində, hədsiz əsəbilik, iflic kimi müxtəlif narahatlıqların müalicəsində istifadə edilir.

Aidiyyatı qurumlar bu ilin yanvar və sentyabr ayları arasında, təxminən 19 ölkədən 18 min tondan çox qanunsuz yol ilə əldə olunmuş panqolinlərin pullarını ələ keçirib.

baby-pangolin-christian-boix

Pulların böyük bir əksəriyyəti Kamerun, Nigeriya və  Afrikada yaşayan panqolinlərə aid olduğu məlum olub.

Mütəxəssislər bir kiloqram pul üçün 3 ya da 4 heyvanın öldürüldüyünü aşkar edib.

Dünyada ən çox ticarəti edilən məməli növü olan bu heyvanları qorumaq məqsədi ilə, satılması tamamilə qadağan edilib.

Nəsli təhlükə altında olan bu canlı üçün Beynəlxalq Konvensiya konfransı Cənubi Afrikada toplantı edib.

Konfransda qanunsuz ovlanma səbəbiylə nəsli tükənmək üzrə olan növlərin qorunması üçün yeni tədbir qərarları alınıb.

1384670412_751116741