Sağlamlıq

Qoji giləmeyvəsinin faydaları

1.87Kviews

Son illərdir dünya ancaq bu qırmızı meyvədən danışır. Bir çox insanlar artıq bu sağlamlıq və cavanlıq mücəssəməsi olan meyvəni gündəlik qida rasionuna əlavə etməyə başlayıb. Onu Tibet zirinci, cənnət almazı, qurd giləmeyvəsi də adlandırırlar. Ancaq ən çox yayılmış adı Qojidir.

Kiçik və yumşaq meyvələri olan Qoji 1700 ildir ki Çinin cənub-şərqində yerləşən Tibetdə yetişir, tibetlər yüz illərdir bu bitgini böyrək və qaraciyər mualicəsində, istifadə edirdilər.

Qoji – hündürlüyü 3 metrə çatan kiçik sürünən koldur. Zirinci xatırladan bu qırmızı-narıncı oval meyvəni əlcəksiz dərmək məsləhə görülmür.

0a

Xoşbəxtlik meyvəsi kimi tanınan “goji berry”nin ehtiva etdiyi güclü antioksidanlar sayəsində erkən yaşlanmağın qarşısını almaq, qanı təmizləmək, xolesterolu salmaq, qan təzyiqini düşürmək kimi xüsüsiyyətləri tapılıb.


Yaxşı bəs Goji giləmeyvəsinin faydaları nələrdir?


Tətqiqatçılar illərdir bu meyvənin tərkibini araşdırır və hər dəfəsində yeni-yeni faydalı kəşflər tapırlar. Gojinin tərkibində olan

B1, B2, B3, B6, B12, C, E, PP vitaminləri, kalsium, kalium, dəmir, sink, mis, manqan, nikel, fosfor, kadmium, kobalt, selenium, xrom, karoten, amin turşuları, və yod bir çox xəstəliklərin dərmanıdır. Tərkibindki amin turşuları bütün sitrus meyvələrini geridə qoyur, dəmirdən bol olan bu giləmeyvə almaya, nara, ispanağa belə meydan oxuyur. Kökdən 20 dəfə çox karateni özündə ehtiva edən xilasgar goji meyvəsi bütün bu unikal xassələri ilə populyarlığını əldən vermir.

Goji giləmeyvəsi, xərçəng xəstəliyinin qarşısını almaq üçün özündə germanium adlanan bir maddəni ehtiva edən, nadir bitgilərdən biri imiş. Məlum olub ki, Goji bədəndə yağ nisbətini azaldır, yuxu nizamsızlığını aradan qaldırır, yaddaşı gücləndirir, qanı təmizləyir, xolesterol miqdarını azaldır, bədənə daha gənc görünüş qazandırır.

Tibbdə bu giləmeyvənin yalnız özünü deyil, ağacının qabığını, köklərini də istifadə edirlər.
Gojinin əks təsiri demək olar ki, yoxdur sadəcəhəddindən ziyadəçoxistifadəsi yuxusuzluğasəbəb ola bilər.

60547_0