Gündəm

Cerablus geri qaytarıldı, İŞİD bayrağları endirildi

622views

Türkiyə, terror quruplaşması İŞİD-in Suriya sərhədlərindən təmizlənməsi üçün başlatdığı ” Fırat Kalkanı” hərəkatında ilk hədəflərinə axşam saatlarında çatıb. Türkiyənin hava qüvvələri və quru qoşunlarının dəstəklədiyi Azad Suriya Ordusu 15 saat kimi az bir vaxtda Hələb şəhərinə bağlı Cerablus bölgəsində bütün nəzarəti öz əlinə alıb. Prezident Receb Tayyib Erdoğan da açıqlamasında ” Cerablus geri qaytarıldı ” deyə bildirib.

Dəqiqə bə dəqiqə Fırat Kalkanı hərəkatı.

Fırat Kalkanı adı verilən hərəkat dünən Bakı saatı ilə 05:00-da quru qüvvələrinin Suriya torpağlarına girməsi ilə başladı. Hava qüvvələrinin də hərəkata keçməsi ilə Türk F-16-ları suriya səmalarından qeyd olunan hədəfləri vurdu. Davamlı top atışları da hərakatın başqa bir planı idi və İŞİD hədəfləri dəqiq zərbələrlə vuruldu. Türkiyə silahlı qüvvələrinə aid təxminən 20 Tank Suriyaya girərək İŞİD-in keçid yollarını tutdu və qeyd olunan hədəfləri vurdu. Türkiyə ilə bərabər hərəkət edən Azad Suriya Ordusu İŞİD-dən 4 kəndi geri aldı və İŞİD bayraqları endirildi.

İŞİD sivil insanları önə verərək gələn ordunun qarşısını bu şəkildə almağa çalışdı. Bu səbəbdən hərəkatın irələləməsi müəyyən vaxtlarda yavaşladı. Ancaq cənub və qərbdən Cerablusa girməyi bacaran Azad Suriya Ordusu İŞİD-i geri çəkilməyə məcbur etdi. Ardından Cerablus-un mərkəzinə girən Türk tanklarının dəstəyi ilə Azad Suriya Ordusu bütün nəzarəti öz əlinə aldı. Bütün rəsmi idarələr ələ keçirildi. İŞİD El Bab-a doğru geri çəkildi.