MaraqlıSağlamlıq

Yuxuda olarkən yıxılmaq hissi nə səbəbə yaşanır?

Yuxuya gedərkən yıxılma hissi nə səbəbə yaşanır?
3.96Kviews

Bu vəziyyət beyindəki iki bölgənin nəzarət toqquşmasından qaynaqlanır.

Düşmə hissi yuxunun bir hissəsi kimi qəbul edilir və buna hipnik diyirlənmə deyilir. Beynimiz yuxuya gedərkən ətraf mühitlə əlaqəsini kəsmək üçün münaqişəyə girir. Yaranan bu düşmə hissi də qarşıdurmanın təzahürüdür.

İnsanın yuxulu halı üçün istifadə edilən yarı ölüm sözü tamamilə doğrudur. Çünki yuxuda bədənimiz iflic vurmuş kimi olur və xarici dünyadakı hadisələrə laqeyd hala gəlir. Beynimizdə olan retikulyar aktivasiya sistemi (mərkəzi sinir sistemi), yalnız nəfəs alıb vermə kimi yaşamağımızı təmin edən əsas funksiyalarımıza nəzarət edir. Ayıq-sayıq olmağımızı təmin edən enerji qalıqları ani bir şəkildə yüksəlişə keçdiyi zaman hipnik diyirlənmə deyilən ani düşmə hissi yaşayarıq. Bu, beynimizin oyaq qalma və yuxuya keçmə arasında yaşadığı mübarizədən yaranan bir hadisədir.

Bu mövzuda araşdırmalar aparan psixoloq Tom Stafford bunları deyib: “Yuxu halında keçirdiyimiz hər iki hərəkət növü arasında xoş bir simmetriya vardır. Sürətli göz hərəkətləri, oyanmaqda olan beyindəki yuxu qalıqlarıdır. Hipnik diyirlənmələr isə yuxu dünyasına icazəsiz girən ayıq həyat qalıqları kimidir”.