Hava Proqnozu

24 yanvarda gözlənilən hava şəraiti

Hava haqqinda melumat 24 yanvar
733views

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentinin məlumatı

Bakıda və Abşeron yarımadasında

Hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-10, Bakıda gecə 0-2, gündüz 7-9 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-80, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında

Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.