Digər İdman

Usain Bolt-un Olimpiya Qızıl medalı geri alındı

Usain Bolt
713views

Yamaykalı atlet Usain Bolt, 4×100 metr yarışındakı komanda yoldaşı Nesta Karterin 2008 Pekin Olimpiya Oyunlarında dopinq almasının ortaya çıxmasının ardından qızıl medalı əlindən alındı.

Beynəlxalq Olimpiya Komitəsindən (IOC) edilən açıqlamada, Karterin Pekin Olimpiya Oyunlarında istifadəsinə icazə verilməyən “metileksanemin” maddəsini istifadə etdiyinin ortaya çıxdığı bildirildi. Yamayka komandasının medallarını geri verməsini tələb edən IOC, yeni sıralamanın Trinidad və Tobaqo, Yaponiya və Braziliya şəklində olacağını bildirilib.

https://twitter.com/ahmadmu21710388/status/824282186983632896

Bütün zamanların ən yaxşı atletləri arasında göstərilən Yamaykalı Bolt, 2008, 2012 və 2016 olimpiadalarında 100, 200 və 4×100 metrdə qızıl medal üçləməsi qazanaraq tarixə keçən ilk adam olmuşdu. Medalının geri alınması ilə birlikdə bu adı itirən Bolt, olimpiya oyunlarında qazandığı qızıl medalı sayı da 8-ə düşdü.