Dəb & Tərz

Yayın rəngləri

1.44Kviews

Yayın rənglərinə rəng qat


Coco Chanel hər qadının qarderobunda heç olmazsa bircə qara don olmalıdır fikrini yəqin ki, yay fəslinin paltarlarını nəzərdə tutaraq deməyib.


image
Çünki günəşli yay günlərində sarı, qızılı günəşin rəmzi kimi sarı və narıncı rənglər çox aktualdır.

imageimage

Bu yay dünya dizaynerləri kolleksiyalarında zərif rənglərdən istifadə etsə də, biz cəsarətlə palitranın bütün çalarlarından da istifadə edə bilərik.

imageimage

Əsasən çəhrayı rəngin pastel tonları, mavi, yaşıl və bənövşəyi rənglər daha çox rəğbət görəcəklər.

Dəbin diktəsinə əməl edənlər günün tələbi ilə ayaqlaşsa da, öz tərzini yaradanlar daha çox onlara yaraşanları seçməyə müvəffəq olurlar. Elə yenə də Koko Şanelin sözləri ilə desək, ən gözəl rəng sizə yaraşan rəngdir.
Yay ayları həm rahat, həm dəbə uyğun geyimlər seçmək üçün ən əlverişli zamandır.

imageimage

Əslində elə çoxumuz üçün yayın gəlişi qarderobu yeniləməkçün fürsətdir. Tək rəngli geyimlər elə də maraqlı görünmür, üzərindəki işləmələr, qeyri-adi çap şəkilləri də onları daha cazibədar göstərir.

Əlvan rəngleri bir az daha solğun rənglər ile tutuşdursaq ideal görüntü əldə etmək mümkündür.

Kişilər ağ ilə göyun tandemini həm gündəlik həyatda, həm də işgüzar görüşlərdə istifadə edə bilərlər. Qəhvəyi, boz, bej rəngli paltarlar da bu yay kişilərin qarderobunu bəzəyə bilər.

imageimage