Psixoloji yanaşma

Nəzakətli “Yox” demək mədəniyyəti

No !!! - A beautiful retro model refusing a photograph
1.02Kviews

Biz “yox” demək istədiyimiz insanları incitməkdən, məyus etməkdən çəkinirik. Yaranmış yaxşı əlaqələrə də zərər verməkdən qorxuruq.

Hər kəsi razı salmaq istəyi bizim xeyrimizədirmi? Bəs onda “yox” deməyi necə öyrənək ki, nə şəxsi maraqlarımıza zərər vuraq nə də kimsə bizdən incik düşsün?


Yaaz.az nəzakətli “yox” deməyin yollarını araşdırdı:

1.Vaxtınıza dəyər verin. İşinizin planını qursaz bilərsiz ki, əslində başqalarının işlərini həll etməyə elə də çox vaxtınız yoxdur. Öz işlərinizi həll etdikdən sonra, boş vaxtınızda başqalarının xahişlərinə nəzər sala bilərsiz. Lakin, unutmayın, özünüz üçün də vaxt ayırmaq, istirahət etmək mütləqdir.

2.Prioritetlərinizi müəyyənləşdirin. Sizin üçün nəyin daha vacib olduğunu müəyyənləşdirməlisiz: ailənizlə çoxdandır planlaşdırdığınız axşam yeməyi yoxsa qəflətən dostunuzun çağırdığı əyləncə? Bunun cavabını sadəcə siz bilirsiz, qərarı da siz verə bilərsiz.

3.Üzr istəməyin. Adətən “yox” dediyimiz insandan dəfələrlə üzr istəyirik. Bu hərəkət qarşımızdakının gələn səfər yenə eyni xahişlə müraciət etməsinə əsas verir. Belə halların baş verməməsi üçün öz mövqenizi daha açıq götərməlisiz.

yoxdemek

4.Hər kəsi razı salmağa çalışmayın. Adətən,yeni olduğumuz kollektivdə hər kəsin xahişinə və istəyinə diqqətli olmağa çalışırıq. Bu zaman haqqımızda yalnış düşüncə yarada bilərik: insanlar “yumşaq” xasiyyətli olduğumuzu düuşünüb, bütün işlərini bizə yükləyə bilərlər.

5.Müdirinizə də “yox” deyə bilərsiz. Yaxşı işçi verilən tapşırıqların hamsını yerinə yetirməyi, vaxtı vaxtında işlə bağlı hesabat verməyi bacarmalıdır. Bəs əgər verilən tapşırıqlar çoxdursa və 8 saatlıq iş vaxtı bütün tapşırıqları yerinə yetirməyə çatmırsa?  Tapşırıq aldığınız insanlarla danışıb, işinizin və verilən tapşırıqların planını yaza, işləri vaxtı vaxtında keyfiyyətli yerinə yetirmək üçün nə qədər vaxta ehtiyac olduğunu bildirə bilərsiz.

6.“Bu haqda düşünürəm”. Xahişlərə “hə” və ya “yox” cavabı vermədən öncə, “bu haqda düşünərəm” cavabını verin. Bu cavab “yox” demədən öncə sizə vaxt qazandırır. Bu vaxt ərzində “yox” deməyin mənfi və müsbət tərəflərini yaxşı düşünüb qərar verə bilərsiz.

7.“Gələn səfərə qalsın”. Əgər qarşınızdakı “yox” demək istəmədiyiniz biridirsə, amma vaxtınız çox azdırsa, cavabınız “bu ara çox məşğulam, amma gələn səfər bu haqda mütləq danışarıq” ola bilər.

8.“Problem məndədir”. Bəzən edilən xahişi yerinə yetirməyi həqitən istəyə bilərik, lakin vaxt yetərsizliyi və yaxud başqa səbəblərdən yenə də “yox” deməyə məcbur oluruq. Amma “yox” əvəzinə, dürüstcə xahişi yerinə yetirməməyinizin səbəbini, əsas “problemi” açıqlaya bilərirsiz.