Futbol

Londonda “Qol yağışı”

681views

İngiltərə Premyer Liqasında ilk turun mərkəzi qarşılaşması Londonda keçirildi. Emirates Stadium-da Arsenal Liverpoolu qəbul edirdi. Michael Oliverin idarə etdiyi qarşılaşmaya meydan sahibləri daha fəal başladılar.Bunun da məntiqi nəticəsi kimi 30cu dəqiqədə Alberto Moreno cərimə meydançası daxilində Walcotta qarşı kobud oynayaraq rəqibə 11 metrlik cərimə zərbəsi qazandırır,zərərçəkən penalı özü yerinə yetirsədə belçikalı goalkeeper Simon Mignolet zərbəni dəf edir. Lakin 1 dəqiqədən sonra Teo istəyinə çatır və hesabı açır. Hamı 1ci hissənin londonluların qələbəsi ilə başa çatacağını düşündüyü bir anda səhnəyə braziliyalı “sehrbaz” ləqəbli Coutinho çıxır və cərimə zərbəsindən mükəmməl qola imza atır.İlk yarı 1-1 hesabı ilə başa çatır.

2ci hissəyə isə qonaqlar daha sürətli başlayır.49cu dəqiqədə Adam Lallana hesabı 1-2,56cı dəqiqədə isə Coutinho özünün 2ci komandasının 3cü qolunu vurur. 63cü dəqiqədə Liverpoolun yeni transferi Sadio Mane 2 rəqibini ustalığla aldadaraq baxımlı qol vurdu. Arsenalın gücü isə yalnız bundan sonra 2 qol vurmağa çatdı. 64cü dəqiqədə Chamberlain,75ci dəqiqədə isə Chambersin vurduğu qollar Arsenalı məğlubiyyətdən qurtara bilmədi. Oyun mersisaydlıların 3-4 hesablı qələbəsi ilə başa çatdı.

Oyunda vurulan qollara və təhlükəli hücumlara videoda baxa bilərsiz.

Elnur Cəfərov
idman xəbərləri yazarı