Dünyanın ilk qadın qırıcı təyyarə pilotu.
Mustafa K.Atatürkün övladlığa götürdüyü 8 qızınnan biri olan,ilk türk qadın pilotu Sabiha Gökçen 22 mart 1913 il Bursada doğuldu.Atatürk 1925-ci ildə Bursaya səfər edərkən 12 yaşlı Sabiha ilə tanış olur,onun ağır həyat hekayəsi onu məyus edir və onu özü ilə Ankaradakı evinə gətirərək onu daha yaxşı həyat şəraiti ilə təmin edir və ən əsası ona təhsil qapılarını açır.
Sabiha Üsküdar da – *Üsküdar Kız Lisesi* təhsil ocağını bitirir.
Sabihanın soyadı Mustafa K. Atatürk tərəfindən 19 dekabr 1934-cü ildə verilib.
Hələ o zamanlar səma ilə,təyyarələr ilə heç bir əlaqəsi olmayan Sabiha – Gökçen soyadını alır (Gök-turk.-Səma).
1935-ci ildə “Türkquşu”-nun açılış mərasimində göstərilən uçuşlara heyran olur və o andan etibarən hava yolları və uçuşlar barədə maraqlanmağa başlayır.
Atatürkün dəstəyi ilə 1935-ci ildə Türk Hava Birləşmələrinin Tük Hava Yolları məktəbinə daxil olur və Ankarada bir sıra təcrübələrdən keçir.
İlk qadın döyüşçü-pilot olan Sabiha 7 kişi tələbə ilə birlikdə Krımdakı Koktebel Ali Planer məktəbinə göndərilir və 6 aylıq təhsil müddətində oranı uğurla başa vurur. *Bacısı* Zəhranın ölüm xəbərini alınca Türkiyəyə dönərək bir müddətlik fəaliyyətini dayandırır,ancaq Atatürkün israrı ilə o, Eskişehir Havayolu məktəbində Sami Uçan və Mühitdin bəyin sayəsində uçuş dərslərində iştirak edir, və beləliklə fevral ayının 25-də ilk dəfə olaraq təyyarə sürməyə başlayır.
Atatürkün razılığı ilə o, dünyanın ilk qadın döyüşçü-pilotu olur, bu adı o,əzmlə çalışıb çox zəhmət çəkərək qazanmışdı.
Sabiha Türk Hava Yollarının medalının sahibi idi gənc ikən. “Səmaların qızı” deyə çağırardılar Sabihanı.
Mustafa K.Atatürkün 100 illiyi şərəfinə *Atatürkün yolu ilə* yazdığı kitab 1981-ci ildə dərc olundu.
Gökçen sonuncu dəfə 1996-cı ildə 83 yaşında fransız pilot Daniel Akton ilə birlikdə “Falkon 2000” təyyarəsi ilə səmaya qalxdı. “Dünya tarixinə adını həkk edən 20 pilotdan biri” seçilən O, bu mükafata layiq görülən ilk və yeganə qadın pilotdur.
Sabiha Gökçen 1964-cü ilə qədər səmada düz 28 il pərvazlandı.
O, 88 yaşında öz doğum günündə vəfat edir.
(2004-cü ildə Sabiha Gökçenin erməni əsilli olduğu iddialları yayıldı, lakin bu iddiaları sübut edən heç bir sənəd və sübut olmadığı üçün,bu sözlər boş bir iddia olaraq qalır.)