
Bakıda Ümümdünya Şahmat Olimpiadası davam edir. Kişilərdən ibarət milli komandamız 3-cü turda Macarıstan yığmasını 3:1 hesabı ilə məğlub edib. Millimizin heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Arkadi Naydiç öz görüşlərini qələbə ilə başa vurublar. Yalnız Teymur Rəcəbov Zoltan Almaşiyə uduzub.
Kişilərdən ibarət əsas komandamız 6 xalla Rusiya və Kuba ilə 1-3-cü yerləri bölüşürlər.
Millimiz bu gün Rumıniya şahmatçıları ilə görüşəcək.
Qadınlardan ibarət əsas komandamız Polşa üzərində qələbə qazanıb – 2,5:1,5. Yığmamızın heyətində Zeynab Məmmədyarova və Günay Məmmədzadə rəqiblərini məğlub ediblər. Gülnar Məmmədova Karina Şepkovska- Xorovska ilə xalları yarı bölüb. Aydan Höcətova isə məğlub olub.
Millimiz 3 turdan sonra 6 xalla 12-ci yeri tutur. Turnir cədvəlinə hərəyə 6 xal toplayan Rusiya, Fransa və Hindistan başçılıq edir.
Qadın yığmamız da bu gün Rumıniya ilə qarşılaşacaq.