DünyaMaraqlı

2 min illik sirrli yazılar tapıldı

648views

İordaniyada 2 min illik əsrarəngiz qaya rəsmləri tapılıb.

Çöldə yaşaması mümkün olmayan heyvanların təsvirləri və sirri açılmamış yazılar, elm insanlarını təəccübləndirib.

İordaniyada son 5 ildir aparılan qazıntı işləri nəticələrini verməyə başlayıb. 5 min qaya üzərində ən az 2 min illik sirli yazılar və rəsmlər kəşf edilib. International Business Times-ın verdiyi xəbərə görə, 2012-ci ildə başlayan qazıntı işləri İordaniyanın bazalt qayalarla örtülü quraq çölündə Hollandiyalı Peter Akkermans rəhbərliyindəki bir qrup tərəfindən aparılır. İş çərçivəsində olan yazılar üzərindəki dil minlərlə il əvvəl o bölgədə istifadə edilən Safaitik dilinə aiddir.

İordaniyada qədimi yazılar

Tədqiqatların məzmunu haqqında məlumat verən Akkermans bunları dilə gətirib: “Bu günə qədər məhdud qazıntılar var idi. Layihəmiz çox daha böyük ölçülərdə və çox daha böyük bir zaman müddətində aparılır. Yüz minlərlə il əvvəl yeni Bədəvi yaşayışlarına qədər olan ən qədim yaşayış yerləri və arxeoloji əsərləri qeyd etmək istəyirik”. Qrupun əsas məqsədi yazıların bir-biri ilə və ətraf mühitlə olan əlaqələrini həll etməkdir. Bugünkü şərtlərə görə bu səhralarda yaşamaq imkansızdır, ancaq o dövrdə insanların bu səhralarda rahat yaşadığımı kəşf etmək elm insanlarını heyrətə salır.

İordaniyada qədimi yazılar

Qayalara cızılan işlərə baxdıqda, minlərlə il əvvəl səhrada yaşanan həyatın hekayəsi heyvan müxtəlifliyi ilə izah olunur. Akkermans; “Təsvirləri tədqiq etsək, bölgədə mal-qara və dəvələrin yetişdirildiyi, otlaqların olduğu görünür. Eyni zamanda müxtəlif ətraf mühit şəraitini (daha yaşıl və daha rütubətli) göstərən müxtəlif heyvanları təmsil edən təsvirlər də var. Səhra insanlarının bunları necə çəkdiyini hələ anlaya bilməmişik”. açıqlamasını verib.

İordaniyada qədimi yazılar