Milan Moda Həftəsi’ndə podyuma çıxaraq tək bir libas sərgiləyən Miranda Kerr, həm səhnədə həm də səhnə öncəsi geyindiyi libas ilə nəfəsləri kəsib.
Dünyanın ən məşhur modellərindən biri olan Miranda Kerr, Milan Moda Həftəsi çərçivəsində La Koradior 2017 Payız və Yaz moda sərgisində iştirak edib.
33 yaşındakı Victoria’s Secret modeli, qaldığı oteldən çıxıb sərginin olduğu yerə gələrkən geyindiyi libas ilə bir xeyli diqqət çəkib.
Avstraliyalı modelin yerə qədər uzanan şərab rəngli paltarı görən hər kəsi həyəcanlandırıb.
Orlando Bloom ilə olan evliliyindən bir övladı olan model, sadə saç düzümü və cüzi makyajı ilə mükəmməl görüntü sərgiləyib.
Daha sonra podyuma başqa bir Libas ilə çıxan model, hər kəsi yenidən heyrətləndirib.
Qeyd edək ki, məşhur model, hal hazırda yenidən evliliyə hazırlaşır.
Bloom ilə 3 illik evliliyini sonlandıran Kerr’in, hazırda birlikdə olduğu Snapchat’ın qurucusu Evan Spiegel ilə nigahı gözlənilir.
Xatırladaq ki Miranda Kerr, 2.1 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyarderi olan 26 yaşındakı sevgilisinin evlənmə təklifini, İnstagram hesabında açıqlamış və ardından üzüyünün şəklini paylaşaraq “Hə” cavabını verdiyini duyurmuşdu.
2015-ci ildə modellikdən qazandığı 5.5 milyon dollarlıq gəliri ilə dünyanın ən zəngin altıncı modeli olan Kerr, Evan Spiegel ilə təxminən bir ildir bir yerdədirlər. Məşhur model Avstraliya’da bir qəzetə müsahibə verərkən ” Sevgili olmazdan evvəl uzun müddətli dostuluğumuz olub” şəklində ifadəsini bildirmişdi.