Rio 2016

Valentin Demyanenko gümüş medal qazandı

614views

RİOda avarçəkmə yarışlarında bu gün 2 təmsilçimiz finalda çıxış etdilər. Qadınların 500m məsafəyə birnəfərlik kayak yarışında İnna Osipenko-Rodomska təəssüflər olsun ki,finalda sonuncu oldu. Kişilərin 200m məsafəyə tək kanoe yarışında isə Valentin Demyanenko yalnız ukraynalı Yuri Chebandan geri qalaraq gümüş medal qazanaraq bizi sevindirdi. İdmançımızı və ölkəmizi bu medal münasibəti ilə təbrik edirik. Ölkəmizin aktivində 4-ü gümüş, 4-ü bürünc olmaqla 8 medal var və hələki Azərbaycan medal sıralamasında 55-ci yerdə qərarlaşır. Qeyd edək ki,boks yarışlarında da ən azı 2 medalımızın olacağı dəqiqdir.

Elnur Cəfərov
idman xəbərləri yazarı