Borussia Dortmund’un ulduz futbolcusu Emre Mor, evinin qapılarını ilk dəfə Evrən Göz’ün aparıcılıq etdiyi “Güzel Oyun” verilişinə açdı.
Emrenin Atası Ersoy Mor, meneceri Muzzi Özcan və NTV Spor’un başda gələn şərhçiləri gənc ulduzun qısa müddətdə yüksəlişi barədə öz fikirlərini bildirdilər:
Mehmet Demirkol
“Başqa bir yer çəkimində oynadığını gördüm”
Mustafa Denizli’nin Emre.M komandanın muqqəddəratını dəyişdirəcək vacib oyunçulardan olduğunu demişdi. Emre Moru gördükdə isə buna şübhə duymuşdum. Ancaq, Emreni oyun zamanı izlədikdə sürətini, topla olan rəftarını,gördükdən sonra onun başqa bir yer çəkimində oynadığını anladım. Dortmund Emre üçün yaxşı bir məktəb olacağına inanıram. Yaxın zamanda onu Premier League və ya La Liga’da görə bilərik.
Ridvan Dilmen
“Dünyanın ən böyük klublarına transfer oluna bilər”
1 ildi Emreni tanıyırıq. Heç kim mən çox yaxşı tanıyıram deməsin.23-24 yaşlarında hansı seviyyədə olacağını bilmirəm. Dortmund’da onu çox gözəl günlər gözdüyür.Bayern, Real, Barcelona, City ve United… Mən bu kamandalara transfer olunacağını düşünürəm. Amma hal-hazırda Dortmund’da olduğu üçün sevinirəm.
Güntekin Onay
“Qol vurmadan ulduz etdik”
Beşiktaşın transfer etmək istədiyi oyunçular arasında adı var idi. Belə cılız bir oyuçunun üst səviyyəli futbolda olmayacağını, fiziki baxımdan çətinlik çəkəcəyini düşünürdüm. Amma fiziki zəyifliyini sürəti və cəldliyi hesabına bağlıyır. Dortmund gedə biləcəyi ən yaxşı komandalar sırasındadır.Emre potensiyalı olan bir oyunçudu. Amma indiyə kimi bir şey etməyib. Messi 500 qol vurub. Biz onu qol vurmadan ulduz etdik. Biraz gözdəmək lazımdı tez-tələsik olmur bu işlər.