Bakı-Sumqayıt yolunda baş verən qəzada xəsarət alaraq ağır yaralanan 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə bu gün səhər səhər saatlarında xəstəxanada dünyasını dəyişib.
Sumqayıt Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsinin tələbəsi olan L.Nəsizadənin ölümü ilə həmin qəzada ölənlərin sayı 6 nəfərə çatıb.
Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Elçin Quliyev Trend-ə bildirib ki, xəstəxanaya daxil olan 18 nəfərdən 5-i hazırda müalicəsini davam etdirir. Onların vəziyyəti kafi qiymətləndiririlir. Həmin xəstələr yaxın günlərdə evə buraxılacaq.
E.Quliyev qeyd edib ki, qəzada yaralananlardan 2 nəfəri dünən Kliniki Tibbi Mərkəzə cərrahiyyə əməliyyatı olunması üçün köçürülüb. Həmin şəxslərin çənə nahiyəsi zədəli olub. E.Quliyev həmin şəxslərin də vəziyyətinin kafi olduğunu söyləyib.
Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən digər şəxslər evə buraxılıb.
Qeyd edək ki, martın 9-da səhər saatlarında baş verən qəza nəticəsində 6 nəfər dünyasını dəyişib, 20 nəfər yaralanıb.