Tətbiqetmə sərgi və qalereyaların ziyarət olunması mədəniyyətində inqilab etməlidir. Ziyarətçilər artıq rəsmlərin yanındakı qısa yazılar, audiokitablar və ya ekskursiya sifariş etməklə kifayətlənməli olmayacaqlar.

Smartify rəsmləri onların tanınması sistemi köməyilə tapır. Sistem rəqəmsallaşdırılmış incəsənət əsərləri arasında uyğun axtarır və istifadəçiyə mövzu üzrə faydalı məlumat və videomateriallar təqdim edir.

Maraqlıdır ki, rəsm əsəri haqqında məlumat əldə etmək üçün orijinalı skan etmək mütləq deyil. Smartify rəsmi həm kitabdan, həm də orijinal olmayan versiyalardan tanıya bilir.

Tətbiqetmənin ilk versiyası may ayında çıxacaq. Onun bazasında Paris Luvru, Amsterdam Reyksmyuseumu, Nyu-Yorkdakı Metropoliten-muzey, eləcə də Londondakı Uolles Toplusundan əsərlər olacaq. Smartify-ın planlarında beynəlxalq səviyyədə çalışmaq və müxtəlif ölkələrdən yeni muzeylərin tətbiqetməyə qoşulması var.