Futbol

Avro-2020-nin loqosunun təqdimat mərasimi olacaq

817views

Sentyabrın 30-da Bakı Olimpiya stadionunda UEFA AVRO 2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimi keçiriləcək.
4 il sonra keçiriləcək qitə çempionatında qrup mərhələsinin 3 və 1/4 finalın bir oyunu paytaxtımızda olacaq.
Xatırladaq ki, bu il Bakı 17 yaşlılar arasında Avropa çempionatını qəbul etmişdi.

Elnur Cəfərov
idman xəbərləri yazarı