Gündəm

21 Mart onların günüdür

1.26Kviews

21 mart Beynəlxalq Daun sindromlu insan günüdür.


Daun sindromu üçün simvolik rəqəm olan 21 mart tarixi təsadüfən seçilməyib. Beləki, Daun sindromu 21-ci xromosomun üç nüsxədə mövcud olması ilə səciyyələnir. Bu sindrom bir sıra fizioloji xüsusiyyətlə təcəssüm edir: “yastı üz”, boyunda dəri qatı, oynaqların hiper hərəkətliliyi, əzələ hipotoniyası və başqaları. Əsası isə, bu sindromlu uşaqlar yaşıdlarına nisbətən daha ləng inkişaf edirlər.
Daun sindromlu uşaqların təlim üçün yarasız olduqları haqda yayılmış fikirlərə baxmayaraq, onlar həm gündəlik özünəqulluq, həm də daha mürəkkəb vərdişləri mənimsəyə bilirlər.

Moskvada hətta Daun sindromlu insanların teatrı mövcuddur.