Eurovision

Rusiyanın Eurovision təmsilçisinin Ukraynaya girişinə qadağa qoyuldu

Yulia Samoylova
1.14Kviews

Ukrayna Təhlükəsizlik Xidməti, Rusiyanın Eurovision təmsilçisi Yulia Samoylovanın Ukraynaya girişini 3 il müddətinə qadağan etdi.

Ötən illərdə rus işğalı altında olan Krımda konsert verən və sosial media hesablarından Ukrayna əleyhinə təbliğat aparan Yulia Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan olundu.

EBU ya qaydaları dəyişib Rusiyaya nümayəndəsini dəyişmək təklif edəcək, ya da Rusiya 2017 Eurovisiondan diskvalifikasiya ediləcək.

Avropa Yayım Birliyi EBU, Rusiya Ukrayna böhranı ilə bağlı rəsmi bəyanat yayıb.

Rusiyanın Eurovision təmsilçisi Yulia Samoylovanın Ukraynaya girişinin qadağan olunmasının ardından, EBU-dan “qaydalara hörmət göstərməliyik” açıqlamasını verdilər:

“Rus ifaçı Yulia Samoylovanın Ukraynaya girişinin qadağan edilməsi haqqında məlumatlandırıldıq. Ancaq ev sahibi ölkənin hüquq qaydalarına hörmət göstərməliyik. Ancaq bu qərar ilə xəyal qırıqlığına uğradıq və qərarının müsabiqənin ruhuna zidd olduğunu hesab edirik.”