Maraqlı

Zarafatdan anlamaq zəka tələb edir?

853views

Elm adamlarının araşdırması; zarafatdan anlayan və qara yumordan xoşlanan adamlar daha ağıllıdırlar?

Nəticələri Cognitive Processing jurnalında dərc olunan, Vyana Tibb Fakültəsində aparılan araşdırma, zarafatdan anlayan insanların, ani olaraq mənanı çox tez fərqinə vardığını, ya da normalda bir arada olmayan qeyri-adi kontekstləri dəstəklədiklərini ortaya qoyub.

Araşdırma çərçivəsində 76-sı qadın olmaqla, orta hesabla 33 yaşında 156 iştirakçıdan ibarət, Uli Stein-in Black Book adlı işində yer alan qara yumor nümunəsi olan 12 karikaturadan aldıqları həzzi və mənaların dərəcələndirilməsi tələb olunmuşdu.

Nəticələrə əsasən elm insanları, iştirakçıları üç fərqli qrupa ayırıblar. Aparılan şifahi və şifahi olmayan zəka səviyyəsi sınaqlarında, karikaturaları ən yaxşı qavrayan və ən çox bəyənən qrupun ən yüksək xalları aldığı müşahidə edilib və zarafatdan anlayan və qara yumordan xoşlanan adamların daha ağıllı olduqları müəyyən edilib.