Dünya

İtaliyada qar uçqunu altında qalan 8 nəfər sağ tapılıb

İtaliyada zəlzələ 2017 Yanvar
703views

İtaliyanın Abruzzo bölgəsində 2 gün əvvəl baş verən zəlzələlər sonrası uçqun altında qalan oteldəki insanlardan 8 nəfəri sağ olaraq tapılıb. 20 nəfər insan isə hələki itkin hesab olunur.

2 gündür qar altında qalan dağıntılarda çalışan axtarış qrupları, həyatda qalmağı bacaran 8 nəfərin yerini dəqiqləşdirərək onlarla ünsiyyət yarada bilib. Xüsusi təlim keçmiş itlərin köməyi ilə tapılan insanlar arasında 2 qız uşağının da olduğu bildirilir.

Hələ də sağ olduqları məlum olan insanlardan bir qadın ilə qızı artıq dağıntılar altından çıxarılıb. Digər şəxslərin də xilas olması üçün işlər davam edir.

Sözü gedən insanların tapılmasının ardından isə vertolyotlar bölgəyə hərəkət etməyə başlayıb.

Eyni zamanda qar altında qalan 3 nəfərin cəsədi də çıxarılıb.

[twenty20 img1=”22267″ img2=”22268″ offset=”0.5″]

Axtarış işlərinə gecə boyunca davam edən xilasetmə qrupu, otelin zirzəmi hissəsinə çata bilmək üçün dağıntı və qar təbəqəsini 4-5 metr qazmaq məcburiyyətində qaldıqlarını bildirib.

Xilasetmə xidmətindən Cristian Labanti, “Qazıntılar edərək içəri girməyə çalışırıq ancaq olduqça çətin problemlərlə qarşılaşırıq. Əvvəllər heç belə bir şey görməmişdim” deyə bildirib.

Digər tərəfdən İtaliyada, dağın ətəklərində yerləşən Rigopiano Otelinin fəaliyyəti üçün hüquqi icazəsinin olub olmadığı, qarı təmizləmək üçün lazımi avadanlığa sahib olub olmadığı müzakirələri genişlənməyə başlayıb.

Müştərilərin bir gün öncəki zəlzələdən sonra oteldən getmək istədikləri ancaq qarın yolları bağlaması səbəbindən bunun mümkün olmadığı məlum olub.

yaaz.az İtaliyada zəlzələ 2017 Yanvar

Bundan əlavə, çərşənbə günü yerli saatla 10:25-14:33 radələrində baş verən 4 böyük zəlzələ sonrası, müştərilərin oteldən çıxarılmasını təmin etmək üçün saat 15.00-də gəlməli olan qar təmizləmə xidmətinin gecikməsinin də fəlakəti gətirdiyi xəbərləri daha da böyük etirazlara səbə olub. 7.40’da ilk xəbəri alan xilasetmə qruplarının ertəsi gün səhərə yaxın otelə çatması sərt tənqid olunur.

Mütəxəssislər isə 50 ildir bölgəyə belə qarın yağmadığını və “Bu hava şəraitində o otelin bağlı olması gərəkdiyini” söyləyir.