Maraqlı

Uşağınıza idmançı olmağı və idmana həvəs yaratmanın 7 yolu

824views

Futbol və ya basketbol sahəsinin xaricinə çıxaraq bir həyat bacarığı ilə uşağınızın inkişafına kömək edə bilərsiniz.

İdman, çevikliklə birləşdiyində, bütün həyata yayılan bir bacarığa çevrilər. Uşağınızı bir idman fəaliyyəti ilə tanışdırdığınızda onu yalnız bu idman növündə inkişaf etdirməklə qalmazsınız; ona həyat boyu istifadə edə biləcəyi bir centlmenlik də qazandırarsınız.

Bəs uşağınıza idmanın bu dərin mənasını və özündə yaradacağı müsbət təsiri necə çatdırmalısınız?

1. Uşağınıza idman haqqında mütəmadi danışın. Ona, idman edərkən və hətta yoldaşlarıyla oyun oynayarkən belə ‘ədalətli’ və ‘dürüst’ olmanın nə demək olduğunu izah edin.

2. Uşağınızın məşqçisinin onlardan nə gözlədiyini öyrənin. Təyin olunan hədəf yolunda uşağınıza dəstək olun. Özünü komanda birlikdə hərəkət etməsi mövzusunda dəstəkləyin.

3. Hiylə etmənin əsla qəbul edilə bilməz olduğunu diqqətinə çatdırın. İdman müsabiqələri ilə yanaşı həyatın daxilində də qaydalara əməl edilməsi lazım olduğunu başa salın.

4. İdmanda yaxşı olduğunu görməsini təmin edin. Qatıldığı məşqlərə və müsabiqələrə gedərək ona dəstək olun.

5. Səhv davranışları mövzusunda onu xəbərdar edin. Əgər idmançı kimliyinə zidd rəftar və hərəkətdə olduğunu görsəniz onunla gec olmadan bunun barəsində danışın.

6. Qazansa da itirsə də onunla qürur duyun. Hər iki vəziyyətdə də dəstəyinizi görmək onun oyunda qalmasını təmin edəcək.

7. Nəyin əhəmiyyətli olduğunu unutmayın. Qazanmaq hər şey demək deyil, itirmənin də oyunun bir hissəsi olduğunu bildirin. Unutmayın ki, əhəmiyyətli olan idman edərkən qazanılan bacarıqlardır.