Mobil

Bakcell kontur göndərmək | Hesabın artırılması

315Kviews

Yaxınlarınıza və dostlarınıza həmişə əlaqədə olmağa kömək edin

Siz öz və ya yaxınlarınızın hesabını ödəmə kartları ilə hər zaman artıra bilərsiniz.

Sizin balansınız hesabına digər CIN abunəçisinin balansının artırılması 

Yaxınlarınıza Bakcell CIN balansınızdan 20 qəpik göndərin:

  • Telefonunuzda *105* sonra balansını artırmaq istədiyiniz 10 rəqəmli Bakcell CIN nömrəni və #yes
    düymələrini yığın.
  • Siz və balansını artırdığınız digər abunəçi çatdırılma haqqında bildiriş mesajı alacaqsınız

Bir ay ərzində ilk 5 göndərişin qiyməti hər bir göndəriş üçün 3 qəpik təşkil edir. 6-cı və daha sonrakı göndərişlərin qiyməti hər biri üçün 10 qəpik təşkil edəcək.

Bakcell abunəçisi digər abunəçinin bağlanmış nömrəsinə “pul köçürmə” yolu ilə 0.20 AZN göndərərsə, bağlanmış nömrə 5 gün müddətinə açılacaq.

Klass abunəçiləri digər Klass yaxud CIN abunəçisinin balansını artıra bilər:

Əgər siz

  • 20 qəpik göndərmək istəyirsinizsə – telefonunuzda  *105* sonra göndərmək istədiyiniz 10 rəqəmli Klass və ya CIN nömrəni və  *1#yes yığın.
  • 1 AZN göndərmək istəyirsinizsə – telefonunuzda  *105* sonra göndərmək istədiyiniz 10 rəqəmli Klass və ya CIN nömrəni və  *2#yes yığın.
  • 6 AZN göndərmək istəyirsinizsə – telefonunuzda *105* sonra göndərmək istədiyiniz 10 rəqəmli Klass və ya CIN nömrəni və  *3#yes yığın.
  • Sizə və digər nömrəyə balansın köçürüldüyü barədə məlumat gələcək.

– Klass abunəçiləri üçün 20 qəpik köçürmənin qiyməti 1 qəpikdir.
– Klass abunəçiləri üçün 1 manat köçürmənin qiyməti 5 qəpikdir.
– Klass abunəçiləri üçün 6 manat köçürmənin qiyməti 30 qəpikdir.

Balansınızı yoxlayın

Balansınızı yoxlamaq üçün mobil telefonunuzdan *100#yes yığın və ya 178 nömrəsinə zəng edin. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul olan zaman Siz zəng edə və zəngləri qəbul edə bilərsiniz. Ödəmə kartının etibarlılıq müddəti ərzində balansınızda pul qurtaran zaman Siz zəng edə bilməyəcəksiniz.

Yüklənən balansın etibarlılıq müddəti bitəndən sonra (ödəmə kartının etibarlılıq müddəti məbləğə görə dəyişir), nömrə 90 gün ərzində ikitərəfli bağlanır.

Mənbə: Bakcell