Mobil

iPhone’lar soyuq havada niyə sönür?

873views

iPhone’lar soyuq havada niyə sönür?

Sosial mediada bəzi iPhone istifadəçiləri soyuq havalarda maraqlı bir şəkildə cihazlarının söndüyünü iddia ediblər. İstifadəçilər, şarjın çox olmasına baxmayaraq cihazlarının söndüyünü və ya “şarj edin” xəbərdarlığı verdiyini iddia edirlər.

Səbəbi nə ola bilər?

Digər tərəfdən, bunun ümumi bir problem olmadığını qeyd etmək olar. Bir neçə nəfərin iPhone-nun bağlandığını iddia etməsi bunu soyuqlarla, ya da başqa əlavə şərtlərlə bağlı olması mənasını verə bilmir, yəni rəsmi olaraq bu barədə hər hansısa informasiya verilməyib, lakin rəsmi açıqlamanın verilməməsi, vəziyyətin mümkün ola bilməməsi mənasını da vermir. Son aylarda onsuz da iOS 10 ilə birlikdə bəzi cihazlarda bu tərz problemlərə rast gəlinmişdi. Bu iddialar da iOS 10 ilə birlikdə gələn bəzi problemlərdən qaynaqlanması da mümkündür.

Əlaqədar mövzu: iPhone-larda batareya probleminin həlli

Şəxsi təcrübə və istifadədə də bu halın yaşandığını, belə ki, 100%-lik dolu şarj olmasına baxmayaraq telefonun soyuq havada söndüyünə şahid olduğumu da qeyd edə bilərəm.

Bəs siz belə hal ilə rastlaşmısınız?