Futbol

UEFA “Roma”lıları cəzalandırdı

800views

UEFA İtaliyanın “Roma” klubunun iki futbolçusunu cəzalandırıb. Bunlar Daniele de Rossi və Emersondu. Hər iki futbolçu Portuqaliya “Portu”su ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə qırmızı vərəqə alıb. Kapitan De Rossi 3 oyunluq diskvalifikasiya olunub. Onun kobud oyunu nəticəsində zədələnən rəqib oyunçusu Maksi Pereyraya 3 ay meydana çıxa bilməyəcək. Emerson isə iki oyunluq cəzalandırılıb. Qeyd edək ki, E qrupunda yer alan “Roma” ilk görüşünü sentyabrın 15-də səfərdə keçirəcək. Paytaxt klubu “Viktoriya”nın qonağı olacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı