Kosmos

‘Planet yeyən Günəş’ kəşf olundu

1.19Kviews

Elm adamları, Dünyadan 300 işıq ili uzaqlıqda, Günəşə çox bənzəyən və ətrafındakı planetləri “yeyən” bir ulduz kəşf ediblər.

“Astronomy and Astrophysics” jurnalında nümayiş olunan işdə, Günəşə “əkiz qardaşı qədər” bənzəyən və 6 milyard yaşında olduğu zənn edilən HIP 68468 adlı ulduzun ətrafındakı planetləri özünə çəkərək udduğu iddiası ortaya qoyulub.

Beynəlxalq qrupdan Jacob Bean, “Əldə edilən tapıntılar, yaxın gələcəkdə bir gün Günəşin də Dünyanı içinə çəkərək yox edəcəyi mənasını vermir. Ancaq ulduz sistemlərinin, planet sistemləri üçün bənzər təsirlərə sahib ola biləcəyini görməmizi təmin edir.” deyib.
Yale Universitetindən Debra Ficher, “Kompüter simulyasiyaları, günümüzdən milyardlarla il sonra, Merkurinin planetlər arası kütləsi ilə cazibə qüvvəsinin yığılması nəticəsində Günəş tərəfindən udulacağını göstərir.” deyə məlumat verib.

HIP 68468 ulduzunun orbitindəki planetləri yeməsinin də bunun bir nümunəsi olduğunu söyləyən Ficher, “Kəşf, planet sistemlərinin formalaşması haqqındakı anlayışımızı dəyişdirir.” şərhini edib.

Çili’dəki La Silla Rəsədxanası’nda iştirak edən 3,6 metrlik teleskopu istifadə edən araşdırmaçılar, HIP 68468 ulduzunun orbitində biri Neptundan 50%, digəri isə Dünyadan 3 qat daha böyük iki planet təsbit ediblər.
Araşdırmaçılar, Dünyadan 3 qat böyük planetin, ətrafında döndüyü HIP 68468 ulduzuna çox yaxın bir məsafədə olduğu və orbitindəki dönüşünü 3 gündə tamamladığını təyin ediblər.
İki planetin böyük ehtimalla planet sisteminin xarici qisimindən içə doğru çəkildiyini işarə edən elm adamları, sistemdəki digər planetlərin isə ya HIP 68468 tərəfindən çölə atıldığını ya da udulduğunu irəli sürüblər.
HIP 68468 ulduzunun, istiliyə davamlı metallarla dolu qayalıq planetləri udduğu üçün eyni yaşda olduğu bir ulduzdan 4 qat daha çox litium ehtiva etdiyi də qeyd olunub.