MaraqlıMünasibətlər

Trans bir qadına hansı sualı verərdiniz?

Translar haqqinda
2.54Kviews

ABŞ-da trans bir qadın Reddit adlı forum saytında, trans qadınlarla bağlı istifadəçilərə maraqlı olan bütün sualları cavablandıra biləcəyini söyləyib. Bu təşəbbüsün ardından isə sözü gedən şəxsə 2 mindən çox sual gəlib.

Pennsylvania’da yaşayan 24 yaşlı Gwen adlı şəxs, formda insanlara müraciət edərək, “Gündəlik həyatınızda trans insanlarla az qarşılaşdığınızı və buna görə də ‘narahat edərəm’ qorxusu ilə maraq dairənizdə olan sualları soruşmaqdan çəkindiyinizi hiss etdim. Bu səbəbdən hər birinizə, şəxsi suallar da daxil sizə maraqlı olan mövzuları öyrənmək fürsəti vermək istəyirəm.

Gwen’ə gələn suallar və cavablar:

Qadın olmaq istədiyini ilk dəfə nə vaxt hiss etdin?

Hormon müalicəsi alaraq cinsiyyətini dəyişdirən Gwen, qadın olmağı 5 yaşında xəyal etməyə başladığını bildirir.

“Qadın olduğumu xəyal etdiyimdə özümü çox xoşbəxt hiss edirdim. Ancaq bu mənə qəribə gəlirdi, çünki oğlan uşağı kimi görünürdüm və hər kəs də mənə belə olduğumu söyləyirdi.”

10 yaşında ikən şagirdlərdən biri müəllimimizdən insanların cənnətdə necə görünəcəyini soruşdu və müəllim ‘necə istəsələr’ deyə cavab verdi. Həmin an çox həyəcanlanmışdım! Qız uşağı kimi görünmək üçün dərhal ölmək istəyirdim. Ancaq intihara meylim yox idi və əvvəl bimədiyim olduqca maraqlı bir məlumata artıq sahib olduğum üçün sevinirdim”

Gwen 22 yaşında cinsiyyətini dəyişdirmək üçün əməliyyatlara başlayır. 2 il sonra isə tanış olduğu insanlar onun kişi olduğunu anlaya bilmirdilər.

Gwen'ə gələn suallar və cavablar:

İnsanlar sənə fərqli davranırlar?

“Kişi ikən özümü tənha hiss edirdim. İnsanlar mənimlə yaxşı davranırdılar ancaq o qədər də münasibətə can atmırdılar.

Məsələn gecə evə qayıdarkən yolda qadınların məndən qorxduqlarını hiss edirdim. İndi özüm evə gedərkən arxamdan fit çalırlar və qadınları indi daha yaxşı anlayıram. Qadın olaraq daha çox maraq çəkirsiniz və hər kəs sizin üçün hardasa bir təhlükədir.”

yaaz.az Trans olmaq nece hissdir ?

Hormon müalicəsi ilə bədənin necə dəyişdi?

Gwen, hormon müalicəsi zamanı bədən tüklərinin azaldılması ilə yanaşı yağlarını omba və sinə hissəsin yığdığını, əzələ quruluşunun da dəyişildiyini söyləyir.

“Ayağımdaki əzələlərin dəyişməsi səbəbindən ayaq ölçüm 3 rəqəm kiçildi və onurğamın quruluşunun dəyişilməsiylə boyum müəyyən qədər qısaldı. Bütün gücümü itirdim. Əvvəllər hər kəsin qolunu yıxardım ancaq indi bacım belə qolumu bükə bilər.

Müalicənin ilk mərhələsində həm kişi həm də qadın kimi görünürdüm. Buna görə də insanlar mən necə müraciət edəcəklərini bilmirdilər. Həmin vaxtlar mənə çətin gəlirdi. Çünki digər bütün qadınlar kimi görünmürdüm və süni olduğumu hiss edirdim. Ancaq ruhdan düşmədim, qadınların fərqli ola biləcəyini düşünərək özümə inamı artırdım.”

yaaz.az Trans olmaq nece hissdir ?

İlk dəfə özünü nə vaxt əsl qadın kimi hiss etdin?

“Bir dəfə qatarda ikən bir kişi mənə yaxınlaşdı . Özümü itirdim. Kənar bir şəxsin məni qadın olaraq görməsindən xoşbəxt oldum. Lakin sonra çox pis oldum. Belə münasibətə görə özümü narahat və günahkar hiss etdim.”

Ailən və dostların bunu necə qarşıladı?

“Əmilərimdən biri bu hadisədən sonra mənimlə danışmadı. Ancaq ailəm məni belə qəbul edə bildi . Anam, haqqımda bir çox şey öyrənmək məcburiyyətində qaldı. Ana-oğul rəqs edə bilməyəcəyimiz kimi bir neçə fikrə alışmaq məcburiyyətində qaldı. Ancaq indi çox yaxınıq və daha həqiqi bir münasibətimiz var.”

yaaz.az Trans olmaq nece hissdir ?

Əməliyyat olacaqsan?

“Qız dostum hər zaman bədənimlə bağlı mənə yaxşı hisslər ötürür. Artıq istədiyim kimi olduğum üçün seksdən daha çox həzz alıram. Əgər qız dostumla birlikdə yaşamağa qərar versək, uşaqlarımızın olmasını istəyirik. Buna görə də hələki əməliyyat barədə düşünmürəm. Ancaq uşaqlar olduqdan sonra ola bilər. Tək səbəb budur, yoxsa cinsiyyət orqanıma nifrət edirəm.”

İnsanların sənin haqqında nəyi anlamasını istəyərdin?

“Mən də hər kəs kimi insanam. Trans olmaq yalnız tibbi keçmişimin bir parçasıdır. İnsanlar trans insanların arasında olanda çox diqqətli olmağa çalışırlar və bu da bizim haqqımızda nələrisə öyrənməyə mane olur.”