Futbol

Qarabağ və Qəbələ qrup mərhələsində

852views

UEFA Avropa Liqasının play-off oyunlarına yekun vuruldu. Təmsilçilərimiz Qarabağ və Qəbələ yenə də bizləri sevindirməyi bacarıb. Qarabağ səfərdə uduzduğu Goteborga Bakıda möhtəşəm oyun sayəsində 3:0 qalib gələrək qrupa adlayıb. Qəbələ də uğurun davamını gətirib. 69-cu dəqiqədən etibarən Qəbələ azlıqda qalıb və 1:0 hesabı ilə məğlub olsa da turu adlayan Azərbaycan təmsilçisi olub.

Hər 2 klubumuzu və azarkeşlərimizi bu münasibətlə təbrik edirik.

Elnur Cəfərov
idman xəbərləri yazarı