KinoMəşhurlar

Tom Hanks: “Belə getsə aktyorluq sənətini dayandıracam”

Tom Hanks musahibe 2016
908views

Amerikalı məşhur aktyor Tom Hanks, səhhəti ilə bağlı bəzi açıqlamalar edib.

3 ildir şəkər xəstəliyi ilə mübarizə aparan aktyor, “Mən yeni nəsil Amerikalılar kimi səhv və çox axmaqca qidalandığım üçün şəkər xəstəsi oldum” deyə bildirib.

“Times” radiosuna müsahibə verən Tom Hanks, kino aləminə ilk gəldiyi vaxtlarda davamlı olaraq ziyafətlərə qatıldığını və heç əhəmiyyət vermədən çox qida qəbul etdiyini bildirib.

Tom Hanks eyni zamanda bəzi filmlərdə kök görünmək üçün qısa müddətdə çox qida qəbul etdiyini və belə hallarla razılaşdığı üçün peşman olduğunu bildirib. Aktyor, “Artıq bu xəstəlik həyatımın bir parçasıdır. Buna görə çəkilişlərdə də çətinlik çəkirəm. Xəstəliklə daha düzgün mübarizə aparmaq üçün belə getsə aktyorluq sənətini dayandıracam” deyə etiraf edib.