Psixoloji məlumatlarŞəbəkə

Sosial şəbəkələr gəncləri yalnızlığa məhkum edir

951views

Sosial şəbəkələr gəncləri yalnızlığa məhkum edir.

Gənc nəsillərin yaşlılara nisbətən daha çox tənhalıq çəkdiyi, çünki dostların getdikcə daha böyük bir qisminin sosial media üzərindən yarandığı bildirilir.

İngiltərə mərkəzli araşdırma təşkilatı Building Society Nationwide, sosial kiv-lə böyüyən minillik nəslinin ən yalnız nəsil olma yolunda irəlilədiyini ifadə edib.

Araşdırmaya qatılan gənclərin 89%-i tənhalıq çəkdiklərini deyir. 55 yaş üzərindəki iştirakçılarda belə bu nisbət 70%-lərdə qalır.

18 – 34 yaş arası iştirakçılar isə sosial mediadakı yoldaş sayının real həyatda dost sayından ən azı dörd qat daha çox olduğunu bildirir. İştirakçıların orta hesabla 65 sosial dostu olduğunu, buna qarşılıq real həyatda orta hesabla 14 yoldaşlarının var olduğunu göstərir.

Ancaq minillik qurşağında sosial yoldaş sayı 103-ə qədər çıxır. Araşdırma bir tərəfdən də tənhalıq çəkənlərin necə internetdəki fırıldaqçıların torlarına düşdüyünü ortaya qoyur. Tənhalıq çəkdiyini deyənlərin 36%-i, internetdə birilərinə güvəndiyi üçün aldadıldığını deyir.

Eyni nisbət, özünü tək hiss etməyənlər üçün 9%-də qalır.