Şəbəkə

Instagramda canlı yayımları telefonunuzun yaddaşına yazmaq artıq mümkün olacaq

885views

Instagram bu gün, platformadakı canlı yayımların telefonlara endirilə bilinəcəyini bildirib.

Instagram bu gün platformadakı yeniliyi bildirib. Rəsmi bloq üzərindən edilən məlumata görə artıq Instagramda həyata keçirilən canlı yayımları telefonlara köçürmək mümkün olacaq.

Bildirilənə görə, bu gündən etibarən Instagramda, yayım bitdikdən sonra canlı yayım videonuzu telefonunuza qeyd etmə variantı çıxacaq. Bu yenilik, videonuzu yaddaşda saxlayıb daha sonra təkrar izləməyimiz üçün bir fürsət olacaq. Canlı yayım bitdikdən sonra dərhal aşağıda görəcəyiniz kimi sağ üstdə “Qeyd Et” butonu çıxacaq. Ancaq, yayım əsnasındakı şərhlər və digər təsirlər deyil, yalnız videonu qeyd etmək mümkün olacaq.

Bu xüsusiyyət, Instagramın 10.12 versiyası ilə birlikdə aktiv hala gəlir.