Məşhurlar

Stephen Hawking kosmosa səyahətə hazırlaşır

Stephen Hawking
786views

Dünyaca məşhur ingilis fiziki Stephen Hawking, kosmosa getməyi planlaşdırdığını bildirib.

Dünyaca məşhur ingilis fiziki Stephen Hawking, İngiltərədəki ITV kanalında bir proqrama verdiyi açıqlamada, ingilis iş adamı Riçard Bransonın Virgin Galactic adlı kosmos turizm şirkəti ilə kosmosa çıxmağı planlaşdırdığını qeyd edib.

Üç uşaq sahibi Stephen Hawking, kosmosa getməkdən hiss edəcəyi xoşbəxtliyi uşaq sahibi olmaqla müqayisə edib.

“Məni kimsə kosmosa aparmaz deyə düşünürdüm ancaq Branson mənə Virgin Galactic-də bir kreslo təklif etdi” – deyən 75 yaşındakı Stephen Hawking, özünün də təklifə dərhal “Bəli” cavabını verdiyini bildirib.