Sosial

Sosial media istifadəçilərinin yaşadığı tragikomik hadisələr

840views

Sosial mediada gəzərkən qarşımıza çıxan yüzlərlə paylaşım nəticəsində hiss etdiklərimizi izah etməyə bəzən sözlər belə çatmır.

Bu paylaşımlardan özümüzü saxlamanın yolu passiv istifadəçi olmaq və ya bu məcranı heç istifadə etməməkdir. Duyğuları olan canlılar olaraq paylaşım yağışına məruz qaldığımız bu mühitdə bir çox hissləri eyni anda yaşamağımız da qaçınılmazdır. Yalnız özümüzün yaşadığını sandığımız hisslər əslində bir çox adamlar tərəfindən yaşanır.

1. Fotoşəkillərə daha çox baxa bilməmək
Çox gözəl qadınların və yaraşıqlı kişilərin başqa çox gözəl qadın və kişilərə, ortalama bir aylıq maaşını tək gecədə vur patlasın çal oynasın əylənərək xərclədiklərinə şahid olmanın bir parça mənəvi pozğunluq yaratmasına inanıram ki, hamımız həmfikirik.

f681c623200w[1]

2. Yaşam tərzini bəyənməmək
Baxırsınız ki, yoldaşlar davamlı gəzir, yeyir, içir. Buna bir də zehinimizin söylədiklərini əlavə etsək, vəziyyət bəzilərimiz üçün içindən çıxılmaz bir hal alır. Kişilərin özünə və ya ətrafına ‘Mənim həyatım mənasızdı. Maraq sahəm yoxdur. İmkanlarım məhduddur.’ şəklində şeylər söylədiyini görərsiniz. Bunlar dəyərsizlik duyğusunu artırıb adamı depressiyaya sala bilər. Buna mütləq diqqət etmək lazımdır.

9cfd799b2001[1]

3. Özünü kasıb sanmaq
Bu duyğu bədənimizi ən çox sosial media saytlarından Instagram’daykən təsiri altına alır. Burada zəngin görünmə adına elə paylaşımlar edilir ki, baxınca hər kəsi zəngin, özümüzü bunları etməkdən uzaq kasıblar içində sayarıq. Amma bu göstəriş halının görməmişlikdən gəldiyini söyləməliyik ki, hər kəs nəyin nə olduğunu bilsin. Bir sözlə sosial mediadan əvvəl ‘zənginin malı kasıbın yalnız çənəsini yorardısa, indilərdə zənginin malı kasıbın ruhunu yorur’.

caad62fb235396b365a3382916c588992c6d0391dc38e[1]

4. Effektli fotoşəkillərin şok təsirə malik olması
İnternet mühitində qısa bir zaman müddətində bir çox yerlərdə gəzinirik. Bu gəzinti əsnasında bəzən elə tələsik paylaşımlara rast gəlinir ki, qalıcı bir təsir etməməsi üçün gözlərimizi bağlayıb, zehinimizi sıfırlayıb yenidən şəkilə baxmamız lazımdır.

e203fd532002[1]

5. Aldadıldığını sanmaq
Realda başqa, sosialda başqalaşan insanlar çoxdur. Əminəm sizində yanınıza gəlib danışdığınız mövzular haqqında sizinlə həmfikirmiş kimi görünüb, evə getdiyində tam zidd paylaşımlar edən dostlarınız var. Bu sizdə belə bir hiss oyandırır; ya bu bir xarakterə sahib deyil ya da çox safdır, gördüyü hər şeyə dərhal aldanır. Amma hər nə olursa olsun nəticə dəyişməz və baxışlarımız Leonardo Dicaprio ilə eyni olur.

871c534b2004[1]

6. Davamlı öz şəklini atan adamın fotoşəkillərini görməyə taqətin qalmaması
Davamlı eyni adamın, çəkildiyi yeri belə dəyişməyən fotoşəkillərini görməmək üçün girmədiyimiz saytlar var bizim. Tam girəcəkkən ‘boş ver bağla getsin, gözünü yoracaqsansa başqa şeylərlə yor’ kimi cümlələri qurduran kəslərdir bu hissin bütün sahibləri.

2f40fdf72003[1]

7. Əslində heç bir şey etmədiyini düşünmək
Gün boyunca kompüterdən, telefondan, tablettən və s. hər cür texnoloji alətdən onlarla saytı gəzər, yüzlərlə adamın profilinə baxarıq ancaq bir an gəlir və əslində bütün bu etdiklərimizin çox mənasız olduğunu düşünürük. Bu düşüncə bizi həyatımızı sorğulamağa qədər aparar. Sonra özümüzə bu qədər boş zamanı burada xərcləməyəcəyimizə dair söz veririk. Təəssüf ki, bu sözün anlıq bir hiss olduğunu sabah oyandığımızda eyni şeyləri etməyə davam edərkən anlayarıq.

1eb15bbb2007[1]

8. Əsəbiliyə dur deyə bilməmək

Bu vəziyyəti tətikləyən ən böyük paylaşımlar siyasət və futbol paylaşımları olur. Özünüzə çox yaxın gördüyünüz biriylə belə etdiyi paylaşımlardan ötəri mübahisə etdiyimiz olmuşdur. Bu vəziyyətin yaşanması daha çox adamın fanatikliyi ilə əlaqəlidir.

c5b585e22005[1]