Tennis

Rafael Nadal qarşısıalınmazdır

738views

“Amerika Açıq” tennis turnirində 2-ci turun görüşləri başlayıb.İspan Rafael Nadal yenə də qələbə qazanıb.Özbək İstominin ardından bu dəfə Nadal Andreas Seppini məğlub edərək inamla yoluna davam edir. Xüsusən də ilk setdə rəqibinə 6-0 hesabı ilə qalib gələn Nadal turnirdə iddiasını ortaya qoyub. Digər 2 setdə də 7-5, 6-1 hesablı qələbə qazanan Nadal yekunda 3-0 hesabı ilə qalib gəlib. 3-cü turda Nadalın rəqibi rusiyalı Andrey Kuznetsov olacaq.

Elnur Cəfərov
idman xəbərləri yazarı