Tennis

İnanılmaz geri dönüş | ‘Avstraliya Açıq’da ilk finalist: Roger Federer

Roger Federer Aus Open 2017
930views

Mövsümün ilk Grand Slam tennis turniri ‘Avstraliya Açıq’da tək kişilərdə isveçrəli Roger Federer həmyerlisi Stan Wawrinka’nı 7-5, 6-3, 1-6, 4-6 və 6-3’lük setlərlə 3-2 məğlub edərək turnirin ilk finalçısı olub.

Avstraliyanın Melbourne şəhərində təşkil edilən ‘Avstraliya Açıq’dakı tək kişilər yarı final mübarizəsində Stan Wawrinka ilə Roger Federer qarşı-qarşıya gəlib.

Hər iki tennisçi qarşılaşmaya diqqətli başlasa da setin sonlarına yaxın Federer mükəmməl “Back-hand” vuruşları ilə Wawrinka’nın setini qırıb və 7-5 hesabı ilə 1-ci seti öz hesabına yazıb.

‘Avstraliya Açıq’da 4 çempionluq qazanan Federer, ikinci setə də yaxşı başlayıb. Wawrinka’nın tor önündəki sadə səhvlərindən faydalanan təcrübəli tennisçi, rəqibinin 6-cı set vuruşunu qıraraq 4-2 önə keçib. Hesab üstünlüyünü qoruyan Federer, 6-3’lük hesabla 41 dəqiqə davam edən ikinci setdə də üstün olaraq hesabı 2-0 edib.

yaaz.az
Stan Wawrinka

Karyerasında əldə etdiyi 3 Grand Slam çempionluğunun ilkini 2014-cü ildə ‘Avstraliya Açıq’da qazanan Wawrinka, üçüncü setdə Federer’in set vuruşunu iki dəfə qıra bilib. Və seti 6-1 qazanaraq hesabı 2-1-ə çatdırıb.

Dördüncü set qarşılıqlı set vuruşlarının qırılması ilə başlayıb. Ancaq Wawrinka’nın küncə göndərdiyi təsirli vuruşların qarşısını ala bilməyən Federer, bir daha öz setini qırdırıb. Üstünlüyü qoruyan Wawrinka, bu seti də 6-4 qazanaraq hesabı 2-2 edib.

yaaz.az
Roger Federer və Stan Wawrinka

Yüngül zədəsi olan Federerin müalicəsi səbəbindən gec başlayan final setində iki tərəf də setə daha diqqətli başlayıb. Ancaq daha az səhvlə oynayan Federer rəqibin setini qıraraq 3-2 önə keçib. Və sona qədər bu üstünlüyü qoruyan Federer seti 6-3 bitirərək 3-2 hesabı ilə maçtdan qalib ayrılıb.

Beləliklə Roger Federer 5 illik fasilədən sonra yenidən Grand Slam finalına vəsiqə qazanıb. Tennis tarixinin ən böyük əfsanəsi olaraq göstərilən Roger Federer, finalda Rafael Nadal/Grigor Dimitrov qarşılaşmasının qalibi ilə qarşılaşacaq.