Oyun

Pokemon Go qadağan oluna bilər

906views

Məşhurluğunu qorumağa davam edən Pokemon GO, İslam ölkələri tərəfindən qadağan edilmə riski ilə qarşı-qarşıya qaldı. Federal İslami Məşvərət Şurası, son qərarını verdi.

Çıxışı üzərindən təxminən olaraq bir ay keçən Pokemon GO, hələ hər ölkə üçün istifadəyə açılmamışkən; ötən gün içərisində ilk qadağan ilə qarşı-qarşıya gəlmişdi.

İranda səlahiyyətlilər, təhlükəsizlik qayğısı səbəbiylə Pokemon Go oyunu tətbiqini qadağan edib; Pokemon Go oyununu qadağan edən ilk ölkə ünvanını əldə etmişdi.

Bu gün isə, Malayziyadan bir qadağan xəbəri bizlərə çatdı. Lakin bu səfər ki qadağa isə bir ölkə üçün deyil; bütün müsəlmanlar üçün edildi.

Cənub-Şərqi Asiyada Malayziya ilə birlikdə 15 ölkədə Şənbə günü rəsmi olaraq oynanmağa başlanan Pokemon Go, Malaziya Federal İslami Məşvərət Şurası tərəfindən Müsəlmanlar istifadə edilməməsi istiqamətində xəbərdarlıqla çıxış etdi.

p1

Şura qərarını açıqladı
Federal İslami Məşvərət Şurasının Müftisi Zülkifl Mohamad al-Bakri, şuranın web səhifəsində etdiyi şərhdə; “Federal İslami Məşvərət Şurasının 1 avqust tarixində etdiyi yığıncaqda müzakirə olunan Pokemon Go və Pokemon oyunlarının müsəlmanların oynamasına icazə verməməyi qərara alınmışdır.” dedi.

Zülkifl Mohamad al-Bakri, yaxın zamanda müsəlman ölkələrində bu istehsalların tamamilə qadağan oluna biləcəyi siqnalını da verdi.

Səudiyyə Ərəbistanı və Misirli İslam alimlərinin Pokemon GO və Pekomon’un zərərli olduğu görüş və təbliğlərinin göz önünə alınaraq alındığı ifadə edilərək bu oyunların iqtidar ehtirasına səbəb ola biləcəyi və qumar vərdişi yarada biləcəyi də şərhdə yerini aldı.

Keçdiyimiz günlərdə Səudiyyə Ərəbistanı Yüksək Din şurası 2001-ci ildə alınan ölkədə Pokemon oyununu qadağan edən qərarını yenilədiyini də xatırladaq.